Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:11

Azərbaycan 'Doing Business' hesabatında 25-ci yerdədir


Biznes
Biznes

Dünya Bankı oktyabrın 31-də “Doing Business” (Biznes Qurmaq) hesabatını açıqlayıb. Bu hesabatda dünyanın 190 ölkəsində biznes qurmaq və mülkiyyət hüquqlarının qorunması indikatorları dəyərləndirilir.

Buraya biznesə başlamaq, tikinti üçün icazənin alınması, elektrikin əldə olunması, mülkiyyətin qeydiyyatı, kredit almaq, minoritar investorların qorunması, vergi ödəmək, sərhədlərarası ticarət, kontraktların qüvvəyə minməsi və problemlərin həlli daxildir. “Doing Business” adətən, əmək bazarının tənzimlənməsini də ölçür, amma builki reytinqdə bu göstərici yer almayıb.

Azərbaycanın builki reytinqdə yerini gözəçarpan dərəcədə yaxşılaşdırdığı vurğulanır, 190 ölkə içində 25-ci yeri tutub. Ötən il Azərbaycan 57-ci yerdə idi.

Buna da bax: Azərbaycan 'Doing Business' hesabatında irəliləyib

Builki reytinqdə Azərbaycan “Müəssisələrin qeydiyyatı” indikatoru üzrə 9-cu, “Mülkiyyətin qeydiyyatı” indikatoru üzrə 17-ci, “Kreditlərin alınması” üzrə 22-ci, “Minoritar investorların müdafiəsi” üzrə 2-ci, “Vergitutma” indikatoru üzrə 28-ci yeri tutub.

Ötənilki hesabatda Azərbaycanın irəliləməsi yerli ekspertlər tərəfindən birmənalı qarşılanmamışdı. Bəzi iqtisadçılar bunun səbəbini “indeksin metodologiyasında problemlər”, hesabatın rəsmi sənədlər əsasında hazırlanması, alternativ fikirlərə yer verilməməsi ilə izah edirdilər.

Buna da bax: Azərbaycanda biznes qurmaq asanlaşıbmı? [şərhlər]

Azərbaycanın qonşularından Gürcüstan 6, Ermənistan 41, Rusiya 31, İran 128-ci yerdədir.

Mövqeyini yaxşılaşdırmış digər ölkələr Əfqanıstan, Cibuti, Çin, Hindistan, Toqo, Keniya, Fİl Dişi sahili, Türkiyə və Rvandadır.

BRIC ölkələri – Braziliya, Rusiya, Hindistan və Çin ümumilikdə 21 islahat gerçəkləşdiriblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG