Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 21:15

Siyasi məhbuslar: Avropa deyir ‘var’, Fazil Mustafa deyir ‘yoxdur’


Avropalı məruzəçi şikayət edir:"Azərbaycan əməkdaşlıq etmir"
Gözlə

No media source currently available

0:00 0:03:26 0:00

Avropalı məruzəçi şikayət edir:"Azərbaycan əməkdaşlıq etmir"

Avropa Şurasının İnsan Haqları Komitəsi bəyanat verib ki, Azərbaycan nümayəndə heyəti siyasi məhbus məsələsində onlarla əməkdaşlıq etmir.

Iyunun 23-də yayılan bəyanatda deyilir ki, qurumun Parlament Assambleyasının siyasi məhbus üzrə məruzəçisi Sunna Evarsdottir bu səbəbdən öz vəzifəsini icra edə bilmir.

Siyasi məhbuslar üzrə 2020-ci ildə dərc olunmuş qətnamənin icrası ilə bağlı hesabatda isə deyilir ki, Azərbaycanda siyasi məhbuslar məsələsi nə yetəri səviyyədə tanınır, nə də ki bu problemlə maraqlanan var, həll olunmasından isə danışmağa da dəyməz.

Problem həll olunmayıb

Bakıda hüquq müdafiəçisi Akif Qurbanlı da deyir ki, Azərbaycanda hələ də siyasi məhbus problemi həll olunmayıb:

“2020-ci ilin aprel ayında Ali Məhkəmənin İlqar Məmmədovun və Rəsul Cəfərov haqqında verilən qərarla Avropa Şurası Nazirlər Komitəsi tərəfindən Avropa Məhkəməsinin qərarı ilə verilmiş işlərin İlqar Məmmədov qrupu adlı birləşməsində yalnız iki nəfərin məsələsi həll olundu. Digər şəxslərin- Anar Məmmədli, İntiqam Əliyev, Xədicə İsmayıl və digər işlər hələ ki, həllini tapmayıb”.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa isə deyir ki, Azərbaycanda siyasi məhbus yoxdur:

“Siyasi fəaliyyətə görə həbs olunmayıblar ki... Kimsə hərbi cinayət törədib həbs olunub, kimsə Azərbaycanda islam dövləti qurmaq istəyir və ölkədə ixtişaş yaratmaq istəyir... Fransa buna dözər? İspaniya, Almaniya buna dözər? Təbii ki, Azərbaycanın reaksiyası mənfi olmalıdır, çünki siyasi məhbus anlayışı bizim leksikonda faktiki olaraq həbsxanada yatan insanları nəzərdən keçirsəz görərsiz ki, yoxdur”.

Amma Azərbaycanda özünü hələ də siyasi məhbus sayanlar var.

Hesabatda 100-dək siyasi məhbusdan söhbət gedir

Müxalifətdəki Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Seymur Həzi deyir ki, partiyanın 10-dan çox üzvünün üzərində şərti iş var, beşi isə həbsdədir.

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərəmlinin xanımı Aynur Məhərrəmli inanır ki, əri siyasi baxışına görə tutulub:

“Məncə, hakimiyyətə qarşı olduğuna görə tutublar, başqa nəyə görə ola bilər ki?! Hamının görə biləcəyi bir şeydir, məncə bu da. Aqil tutulanda uşaqlar cəmi dörd aylıq idilər. İndi uşaqların dörd yaşı olur. Sosial vəziyyətimiz də belədir ki, heç yerdə işləyənimiz yox, bir yerdən gəlirimiz yoxdur”.

Aqil Məhərrəmli 2018-ci ildə qanunsuz sahibkarlıq ittihamı ilə 4 il həbs cəzası alıb.

Azərbaycan hakimiyyəti deyir ki, həbsdə olan hər kəs konkret qanun pozuntusu törətdiyinə görə məhkum olunub. Amma AŞPA-nın hesabatlarında adı keçən iki hüquq müdafiəçisi qrupunun siyahısına görə, Azərbaycanda təxminən 100 nəfər siyasi məhbus var.

Bura bəzi jurnalist və bloqqerlər, müxalifətçilər, Tərtər işi, Gəncə işi üzrə keçənlər, dindarlar və sair işlər üzrə həbs olunmuş şəxslər daxildir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG