Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 13:46

Azərbaycan Çinlə əməkdaşlıqda niyə ehtiyatlı olmalıdır?


Formula1-də qəza: Pilot narazılıq edir, lyukları yoxlamaq lazım idi
Gözlə

No media source currently available

0:00 0:15:11 0:00

Formula1-də qəza: Pilot narazılıq edir, lyukları yoxlamaq lazım idi

Bir neçə gündür, prezident İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Çində səfərdədir.

Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumu çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında dəyəri 800 milyon dollardan çox olan sənədlər imzalanıb.

Bu sənədlər həm idxalla, həm də ixracla bağlıdır.

Çin qeyri-şəffafdır

İqtisadçı alim Qubad İbadoğlu deyir ki, Çinlə əməkdaşlıqda ehtiyatlı olmalı məqamlar var:

“Çinin Azərbaycana sərmayə qoyması, Çin şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaşıl işığın yandırılması birtərəfli qaydada ola bilməz. Çünki nəzərə almaq lazımdır ki, Azərbaycanın nə sənaye, nə də kənd təsərrüfatı istehsalçıları Çin şirkətləri ilə rəqabət aparmaq qabiliyyətində deyil. İkinci bir narahatlıq ondan ibarətdir ki, Çin şirkətləri qeyri-şəffaf fəaliyyət göstərirlər, xüsusilə də biznesdə insan haqlarının pozulmasına gətirən kifayət qədər ciddi pozuntulara yol verirlər”.

Qubad İbadoğlunun fikrincə, odur ki, Çin şirkətlərinin Azərbaycanda fəaliyyəti genişlənərsə, ictimaiyyət buna nəzarət etməlidir.

“Bir kəmər - bir yol” Çinin qloballaşma strategiyasıdır - Çinin Avrasiya məkanı, Afrika və Okeaniyada iqtisadi, geopolitik genişlənməsini nəzərdə tutur.

Azərtacın məlumatına görə, Çin və Azərbaycan arasında bağlanmış sənədlər Sumqayıtda şin zavodunun qurulmasını, Kürdəmirdə 300 hektarlıq müasir istixana kompleksinin tikintisini, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılmasını da nəzərdə tutur.

Çin bazarı rəqabətlidir

İki ölkə şirkətlərinin imzaladığı memoranduma görə, Azərbaycan istehsalçıları Çinə şərab və spirtli içki də ixrac edəcəklər.

İqtisadçı alim Qubad İbadoğlu hesab edir ki, Çin bazarı son dərəcə rəqabətli olduğundan Azərbaycan ixracatçılarının bu bazarda özünə yer tapması çətin olacaq.

Azərbaycan rəsmiləri də Çinlə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

İlham Əliyev özü də “Huawei” və bir sıra başqa Çin şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib. Prezident Çinin sədri Si Cinpin ilə görüşüb.

Azərtac yazır ki, İlham Əliyev Çinin Sinxua Agentliyinə müsahibəsində deyib ki, bu iqtisadi əməkdaşlığın başqa sahələrdə əməkdaşlığa da mühüm təsiri olacaq:

“Bir kəmər, bir yol” təşəbbüsü ölkələr və regionlar arasında iqtisadi əməkdaşlığı inkişaf etdirə, sabitlik və təhlükəsizliyin bərqərar olmasına mühüm töhfə verə bilər. Bu layihə mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərin, iqtisadi inkişafın gücləndirilməsi, ölkələrin çiçəklənməsi və xalqlararası təmasların təşviqi kimi nəcib ideyalara xidmət edir”.

Amerikanın xətrinə dəymədən

Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasının prezidenti, politoloq Sülhəddin Əkbər deyir ki, Çinin əsas hədəfi qlobal liderliyi ələ almaqdır və bu da o deməkdir ki, qlobal liderlik uğrunda mübarizə daha da kəskinləşəcək.

Politoloq deyir ki, “Bir kəmər, bir yol” Çinin əsas layihələrindən biri, Azərbaycan isə coğrafi baxımdan önəmli ölkələrdən biridir.

“Çinin bu regiona marağı böyükdür. Həm nəqliyyat, həm də enerji baxımından. Çin dünyada ən sürətlə böyüyən iqtisadiyyatlardan biridir. Bu ehtiyatlar üzərində nəzarəti, ABŞ, yəni, Çinin ən böyük rəqibi həyata keçirir. Çin bu regiona həm də öz enerji maraqları bucağından baxır”.

Sülhəddin Əkbər deyir ki, Azərbaycan dəyişən dünya nizamı fonunda elə manevrlər etməlidir ki, milli maraqlar qorunsun. Həm də elə ehtiyatlı olmalıdır ki, ABŞ-la münasibətlərə xələl gəlməsin.

Azərbaycanın Çindən idxal əməliyyatları indiyə qədər də böyük olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən il Çin - Rusiya və Türkiyədən sonra Azərbaycanın idxalda üçüncü ən böyük ticarət tərəfdaşı olub. Çindən Azərbaycana ən çox geyim, məişət elektrik avadanlığı, mobil telefon qab-qacaq və sair gətirilir.

XS
SM
MD
LG