Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 09:43

Liderlər Pekində: Çin dünyaya 'hiylə qurur'


Çində dəmiryolu işçiləri Rusiyaya qatar yola salırlar, arxiv fotosu
Çində dəmiryolu işçiləri Rusiyaya qatar yola salırlar, arxiv fotosu

Dünyanın onlarla ölkəsinin liderləri aprelin 25-27-də Çinin paytaxtı Pekində Kəmər və Yol Forumuna qatılır.

Çinin 1 trilyon dollarlıq Kəmər və Yol Təşəbbüsünün (KYT) məqsədi Çini Avropa, Afrika və Asiyanın bəzi yerləri ilə birləşdirən yeni dəmiryolu, yol, liman və enerji infrastrukturu yaratmaqdır.

Birləşmiş Ştatlar və Avropa İttifaqının bir çox ölkələri Çinin bu təşəbbüsünü, regional infrastruktur layihələrə kreditlər ayırmasını tənqid edirlər. Onlar xəbərdarlıq edirlər ki, bəzi inkişaf etməkdə olan ölkələr borclarla yüklənib və onları ödəmək iqtidarında deyillər.

Qonaqlar kimlərdir

Rusiya Prezidenti Vladimir Putin, Pakistanın Baş naziri Imran Khan, İtaliyanın Baş naziri Giuseppe Conte bu görüşə qatılırlar. İtaliya təşəbbüsə qoşulmuş ilk Böyük Yeddilik ölkəsidir.

Çin Prezidenti Xi Jinping azərbaycanlı həmkarı İlham Əliyevlə görüşür, 24 aprel, 2019-cu il
Çin Prezidenti Xi Jinping azərbaycanlı həmkarı İlham Əliyevlə görüşür, 24 aprel, 2019-cu il

Azərbaycan Prezidenti İlham Əliyev də Çində səfərdədir və forumda iştirak edəcək. Belarus Prezidenti Alyaksandr Lukashenka, Özbəkistan Prezidenti Shavkat Mirziyoev də tədbirə qatılacaq.

***Buna da bax: Azərbaycan və Çin 821 milyon dollarlıq sənədlər imzalayıb

Aİ üzvü olan Almaniya və Fransa tədbirə nazirlərini göndərib. Birləşmiş Ştatlar isə təmsilçi göndərməyib.

“Bütün tərəfləri iqtisadi diplomatiya təşəbbüslərinin beynəlxalq səviyyədə qəbul olunmuş norma və standartlara uyğunluğunu təmin etməyə, davamlı və inklüziv inkişaf yaymağa, yaxşı idarəçilik və güclü iqtisadi qurumları irəli aparmağa çağırırıq”, – ABŞ səfirliyinin sözçüsü deyib.

Çin Prezidenti Xi Jinping təşəbbüsü 2013-cü ildə işə salıb. O vaxtdan Çin təşəbbüs çərçivəsində layihələrə 90 milyard dollar yatırım qoyub. Çin bankları isə xarici hökumətlərə azı 200 milyard dollarlıq kredit ayırıb.

“Frans Pres” agentliyi yazır ki, Pekində keçirilən sammit Avropayla Çinin mürəkkəb, istili-soyuqlu münasibətlərində yeni dönəm açır.

Kəmər və Yol Təşəbbüsü
Kəmər və Yol Təşəbbüsü

“Yol və Kəmər elə bir hadisədir ki, onun gəldiyini görmədik. Hazırda üzv ölkələr arasında ziddiyyətlər yaranması riski böyükdür”, – Aİ-nin aparıcı diplomatlarından biri agentliyə etiraf edib.

Siyasi, yoxsa iqtisadi hiylə?

KYT Çinə məxsus Pire limanını Avropanın ürəyinə birləşdirməyi nəzərdə tutur. Bu, əsasən Balkanlardan keçən infrastruktur layihələri ilə gerçəkləşdiriləcək, Çin şirkəti və fəhlələri bu layihələrdə əsas yeri tutacaq.

***Buna da bax: Çinin dünyanı idarə etmək planı

“Bu ölkələr daha yoxsuldurlar və Fransa və Almaniya tərəfindən çox vaxt ikinci dərəcəli avropalı hesab olunurlar, ona görə də onlar Çinə qucaq açırlar”, – Aİ-nin keçmiş rəsmisi, hazırda London İqtisadiyyat Məktəbinin Avropa İnstitutunda çalışan Philippe Legrain deyib.

Ancaq “2-ci Dünya müharibəsindən sonra ABŞ-ın həyata keçirdiyi Marşal Planı kimi KYT-nin siyasi konteksti də var – Avropanı Çinin nüfuz dairəsinə çəkmək”, – o, “Project Syndicate” portalına söyləyib.

Bəzi skeptiklər isə siyasəti bir kənara qoyur, sözügedən layihəyə Çinin aşırı istehsal gücü üçün ixrac “hiyləsi” kimi baxırlar.

“KYT-nə adətən Çinin nüfuz plasdarmı kimi baxırlar, ancaq bu... bir endirim kuponudur”, – Brüsseldəki ECIPE beyin mərkəzinin direktoru Hosuk Lee-Makiyama belə düşünür.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG