Azərbaycanda qeydiyyatdan keçən 30-dan çox lizinq şirkətinin yarısından azı fəaliyyət göstərir.
"Report" bu xəbəri Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası (ALŞA) İdarə Heyətinin (İH) sədri Elçin Əhmədova istinadən yayıb.
Buna da bax: Fermerlər xaricdən alınan cins mal-qaranın səmərəsindən danışırlar
Elçin Əhmədovun sözlərinə görə, 2015-ci ilin yekununda lizinq şirkətlərinin borc portfelinin ümumi məbləği 340 milyon manat təşkil edib, bu isə 2003-cü il ilə müqayisədə 90 dəfə artım deməkdir. Ancaq o qeyd edib ki, lizinq şirkətlərinin yarısından çoxu işləmir:
"Azərbaycanın ümumi daxili məhsulunda lizinq sektorunun payı 0,55 faiz, əsas kapitala investisiyalarda təxminən 1,9 faizdir və bu da müasir ölçülərə görə çox cüzidir. Halbuki, ALŞA ölkənin lizinq bazarının potensialını 2 milyard manat məbləğində qiymətləndirir".