Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 14:44

AXCP fәalı 100 manat cərimələnib


İyunun 11-dә Azәrbaycan Xalq Cәbhәsi Partiyasının (AXCP) üzvü Bәşir Tarıverdiyevin Nәsimi Rayon Mәhkәmәsinin qәrarı ilә 100 manat cәrimәlәndiyi bildirilir. Onun İnzibati Xәtalar Mәcәllәsinin 510-cu maddәsi ilә (xırda xuliqanlıq) tәqsirli bilindiyi qeyd edilir.

Bu barədə Azadlıq Radiosuna B. Tarıverdiyevin özü məlumat verib. V.Tarıverdiyevin deməsinə görә, onu iyunun 10-da günorta saatlarında Binәqәdi rayonunda işdәn çıxanda mülki geyimli şәxslәr saxlayaraq həmin rayondakı polis idarәsinә aparıblar.

AXCP üzvünün vurğulamasına görə, orada onun barәsindә protokol tәrtib olunub. O qeyd edirb ki, küçәdә söyüş söymәkdә ittiham olunub: "Axşam mәni evә buraxdılar, lakin sәhәr saat 9-da Nәsimi Rayon Mәhkәmәsinә gәlmәyimlә bağlı yazılı iltizam aldılar. Bu gün, iyunun 11-də isә mәhkәmә mәni 100 manat cәrimәlәdi".

V. Tarıverdiyev bildirib ki, qanuna zidd heç bir hәrәkәt etmәyib vә cәzanın sәbәbi sosial şәbәkәdә yazdığı tənqidi şәrhləridir. O әlavә edib ki, mәhkәmәnin qәrarından apellyasiya şikayәti verәcәk.

Onun bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyi və Nəsimi Rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb.

AXCP-dən verilən məlumata görə, bu ilin əvvəlindən 50-dən çox fəalları saxlanaraq inzibati qaydada cəzalandırılıb.Onların əsasən polisin qanunu əmrinə tabe olmamaqda günahlandırıldığı bildirilir.AXCP onların şələnərək, sırf siyasi fəaliyyətlərinə, tənqidi mövqelərinə görə, cəzalandırıldığını açıqlayıb.Amma həmin rəqəmi də rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Rəsmilər bir qayda olaraq vurğulayırlar ki, ölkədə heç kim dinc siyasi fəaliyyətinə, tənqidi mövqeyinə görə, həbs və təzyiqlərlə üzləşmir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG