Bugünlərdə Nazirlər Kabineti xaricdən alınan bəzi malların idxal rüsumu dəyişdirib. Bəs, bu dəyişiklik bazardakı qiymətlərə necə təsir göstərəcək?
Avtomobil idxalı ilə bağlı rüsumların dəyişməsi son günlərin əsas müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə yarı ciddi, yarı zarafat yazırlar ki, yeni dəyişiklikdən sonra az qala elə maşının dəyəri qədər rüsum ödənəcək.
Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklərdə mühərrikin həcminə görə idxal rüsumu 70 faiz artırılır.
Buna da bax: Minik avtomobillərinə gömrük rüsumu artırılır
“Avtomobil.az” saytından AzadlıqRadiosu-na deyirlər ki, qərarın avtomobilləri bahalaşdıracağı şübhəsizdir. Lakin nə qədər artım olacağını indidən söyləmək çətindir.
Amma indinin özündə də - hələ yeni rüsumlara görə bahalaşma başlamamış da avtomobillərin qiyməti o qədər də əlçatan deyil. Hər halda, Bakıda söhbət etdiyimiz sakinlərin çoxu belə deyir:
Buna da bax: Tikinti mallarına idxal rüsumu dəyişdirilir
Gömrük Komitəsi yeni dəyişiklərlə bağlı hələ ki hər hansı açıqlama verməyib. Amma adətən bu komitə rüsumların artırılmasını daxili istehsalın qorunması zərurəti ilə izah edir. Ötən il toyuq, ət və digər məhsullara gömrük rüsumu artandan sonra Gömrük Komitəsinin sədri Aydın Əliyev bu artımları yerli istehsalı artırmaq məqsədi ilə izah etmişdi:
"İstehsalın artmasını istəyirik. Azərbaycanda toyuq, ət, yumurta istehsal olunursa, deməli biz bunu manatla daha ucuz ala bilərik. Onda bəs, niyə dondurulmuş hansısa məhsulun alınmasına valyuta axını olsun? Eyni zamanda da tikinti məhsulları, şirə məhsulları".
Buna da bax: Azərbaycanda aksiz vergisi artarsa... [şərhlər]
Keçmiş millət vəkili Nazim Bəydəmirli deyir ki, avtomobil idxalına rüsumun artırılmasını isə heç bir şəkildə daxili istehsalı həvəsləndirmək arqumenti ilə izah etmək mümkün deyil, çünki Azərbaycanın özünün avtomobil istehsalı az qala yox səviyyəsindədir:
"Bunun da adını qoyurlar ölkədə daxili istehsalın qorunması. Ancaq ölkədə hansı avtomobil istehsal olunur ki? Naxçıvanda bir “NazLifan” var, o da ilə 15 avtomobil istehsal edə, etməyə. Yoxsa, Neftçalada qurulacaq və işə düşəcək İranın "Azsamant" avtomobillərinin istehsalımı stimullaşdırılacaq? Daxili istehsalı gömrük və vergi dərəcələrini artırmaqla stimullaşdırmaq optimal yol deyil. Doğru yol iqtisadi fəallığı artırmaq, inhisarı aradan qaldırmaqdır".
Buna da bax: Azərbaycanın illərdir açılan zavodlarından nə xəbər?
Nazim Bəydəmirli düşünür ki, hökumət rüsumları yerli istehsalı inkişaf etdirməklə əsaslandırsa da, əslində əsas hədəfi yüksək vergi və rüsumlarla dövlət büdcəsini doldurmaqdır.
Nazim Bəydəmirli bir məqama diqqət çəkir. Deyir ki, idxalda inhisar olmasaydı eyni adda, eyni yerdən gələn məhsul Gürcüstanda və ya Dağıstanda Azərbaycandakı qiymətlərdən ucuz olmazdı. Məsələn, Azərbaycan bazarlarında kilosu 18 manata satılan yeni Zellandiya yağları qonşu ölkələrdə 11 manatdır.
Buna da bax: H.Abutalıbov:"Yerli maşınlar keyfiyyətli olarsa..."
Prezident İlham Əliyev hökumətin 2017-ci ilin 9 ayına dair iclasında yağın qiymət artımına toxunandan sonra – noyabrın 7-də Nazirlər Kabineti süd məhsulları, quş yumurtası, təbii bal, kərə yağının gömrük idxal dəyərinin 15 faizdən 5-ə endirilməsi barədə qərar verdi. Qərar dekabrın əvvəlindən qüvvəyə minir və 2019-cu ilin sonunadək qüvvədə olacaq. Amma Nazim Bəydəmirli idxal rüsumlarının azaldılması ilə bağlı dəyişiklərin də ciddi təsiri olacağını düşünmür:
Buna da bax: Neftçalada avtomobil istehsal ediləcək
“Rüsumun 15 faizdən 5 faizə endirilməsi istehlak qiymətlərinə çox da təsir etmir. Çünki dəfələrlə sübuta da yetirilib ki, Azərbaycana idxal olunan məhsullar ümumi dəyərindən bir neçə dəfə aşağıya rəsmiləşdirilir. Yəni, Azərbaycanda inhisar olduğundan qiyməti bazar yox, inhisarçı müəyyənləşdirir. Bu baxımdan bəzi ərzaq məhsullarında rüsumun 5 faizə endirilməsini məcburi siqnal kimi dəyərləndirirəm. Amma heç olmaqdansa, belə bir qərarın verilməsi yaxşıdır”.
Buna da bax: Prezidentin kərə yağına ikinci diqqəti [video]
Azərbaycanda müstəqil iqtisadçıların əksəriyyəti adətən ölkə daxilində qiymətlərin yüksək qalmasına görə inhisarları ittiham edirlər. Onlar qeyd edirlər ki, əksəriyyəti müxtəlif yüksək vəzifələrdə çalışan, ya da onlarla bağlı olan bu inhisarçılar cilovlanmadan ölkə daxilində qiymətlərə ciddi təsir etmək mümkün deyil.
Buna da bax: Nazirliklərin qarşısındakı bahalı xidməti maşınlar...
Bu ilin sentyabrında Azərbaycanda kərə yağının bahalaşmasını iqtisadçı Natiq Cəfərli də inhisarla əsaslandırmışdı. Bundan sonra gömrük komitəsi bütün bu deyilənləri təkzib edərək, bildirdi ki, Azərbaycana onlarla müxtəlif şirkətlər yağ idxal edir. Belə olan halda inhisardan danışmaq yersizdir.
Buna da bax: