Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:59

Katolik rahiblər pedofiliyada suçlanır


Kilsə.

Son 60 il ərzində Avstraliya katolik rahiblərinin 7 faizə yaxını yetkinlik yaşına çatmamış uşaqların yoldan çıxarılmasında iştirak edib. Avstraliyanın Kral Komissiyası belə deyir.

Komissiyanın apardığı araşdırmaya görə, 1980 - 2015-ci illər arasında 4 min 500 nəfər kilsə mənsublarının əxlaqsız hərəkətlərinin qurbanı olduğunu etiraf edib.

Sözügedən halların ən çox İlahi İohan hospitalitlər (bonifratlar) Ordenində baş verdiyi qeyd edilir. Komissiyanın hesabatına görə, ordenin rahiblərinin 40 faizə qədəri uşaqların yoldan çıxarılmasında iştirak edib.

«YERLƏRİNİ DƏYİŞİRDİLƏR»

«Uşaqların şikayətlərini heç kəs dinləmirdi, bundan başqa uşaqları cəzalandırırdılar. İttihamlar araşdırılmırdı. Rahiblər və digər kilsə xadimləri yerlərini dəyişib başqa icmalara keçirdilər. Burada isə onların keçmişi barədə heç kim heç nə bilmirdi», – deyə komissiyanın hüquqşünası Gail Furness qeyd edib.

Yaxın üç həftə ərzində 6 arxiyepiskop rahiblərin illərlə davam etmiş bu davranışının səbəbləri barədə izahat vermək üçün komissiyaya çağrılıb.

«Bu üç həftə ərzində ... ağır və hətta şokedici məqamlar qaçılmaz olacaq. Ancaq eyni zamanda bu, gələcəyin keçmişdən xeyli yaxşı olması üçün keçmişdə və indi nələrin edildiyi, habelə gələcəkdə nələrin ediləcəyi barədə danışmaq üçün fürsətdir», – deyə Brisben arxiyepiskopu Mark Coleridge bildirib.

Komissiyanın öz araşdırmasının nəticələrini bu ilin sonunda təqdim edəcəyi gözlənilir.

XS
SM
MD
LG