Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:23

Azərbaycanın Avropa Məhkəməsinin qərarlarını necə icra etməsinə baxılacaq


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi

Nazirlər Komitəsinin Azərbaycan işləri üzrə yeni qərarları dekabrın 3-də dərc olunacaq

Avropa Şurasının Nazirlər Komitəsi Avropa Şurasına üzv ölkələrin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını necə yerinə yetirdiklərini müzakirə etmək üçün noyabrın 30-dan dekabrın 2-dək Strasburqda iclas keçirəcək.

Bu iclasın gündəliyində Azərbaycanla bağlı bir neçə qrup üzrə qərarların icrası məsələsi var.

Bunlardan biri Qafqaz Məmmədovun Azərbaycana qarşı şikayəti üzrə AİHM-in qərarıdır. Qərarın son icra müddəti 2016-cı ilin martında bitirdi. Bu iş aksiyanın dağıdılması və aksiyaçıların həbsindən şikayət üzrədir.

İkinci məsələ Mahmudov və Ağazadə qrupunun işi üzrə AİHM-ın qərarının icrasıdır. Bu işdə söhbət jurnalistlərin böhtan maddəsi ilə mühakimə olunması, habelə onlara qarşı irəli sürülmüş zorakılığın, dini və etnik nifrətin qızışdırılması ittihamları barədə idi.

Fətullayev işində habelə tərəfsiz mühakimə hüququnun pozulmasından şikayət verilmişdi. Bundan başqa bu işdə ərizəçinin təqsirsizlik prezumpsiyası hüququnun pozulmasına baxılmışdı.

Şərti olaraq Məmmədli qrupundan (keçmiş İlqar Məmmədli qrupu) daha 12 nəfərin işi üzrə məhkəmənin qərarı icra olunmayıb. Burada söhbət 12 insan haqları müdafiəçisindən gedir. Onlar 2013-2016-cı illər arasında qanunsuz həbs olunmalarından və saxlanmalarından şikayət vermişdilər.

Avropa Məhkəməsinin qərarında deyilir ki, “bu şəxslərin susdurulması üçün Cinayət Məcəlləsindən sui-istifadə edilib”.

Bu qrupdakı işlərdən biri də (Məmmədli) seçki monitorinqi fəaliyyətinə görə həbs və məhkəməyəqədər saxlanmadan şikayətlə bağlıdır.

AİHM-in bu iş üzrə qərarında deyilir ki, bu halda da ərizəçilərin ictimai-siyasi fəaliyyətə görə cəzalandırılması baş verib.

Baxılacaq başqa işlər arasında Muradova, Məmmədov (Cəlaloğlu) və Mikayıl Məmmədov qrupları üzrə qərarların yerinə yetirilməsi vəziyyəti də var.

Bu qruplara daxil şəxslərin məhkəməyə müraciəti əsasən yaxın qohumlarının ölümlərinin lazımınca araşdırılmamasına və ya Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən pis rəftara dair şikayətləri ilə bağlı idi.

Avropa Şurası AİHM qərarlarının icrası departamentinin verdiyi xəbərdə deyilir ki, Nazirlər Komitəsinin bu işlər üzrə yeni qərarları dekabrın 3-də dərc olunacaq.

Sözü gedən işlər barədə Avropa Şurasının rəsmi saytından daha müfəssəl məlumat əldə etmək olar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG