Keçid linkləri

2026, 09 Oktyabr, cümə, Bakı vaxtı 18:47

Hökumət Əli Əliyevə 5 min 200 avro kompensasiya ödəməlidir

Əli Əliyev
Əli Əliyev

Fəaliyyəti dayandırılmış Vətəndaş və İnkişaf Partiyasının keçmiş sədri Əli Əliyev Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) göndərdiyi şikayətlə əlaqədar Azərbaycan hökuməti ilə dostcasına razılaşıb. Tərəflər arasında barışıq bəyannaməsi Avropa Məhkəməsinə təqdim ediləndən sonra onun ərizəsinin baxılan işlər siyahısından çıxarılmasına qərar verilib. AİHM-in sentyabrın 17-də qəbul etdiyi qərar oktyabrın 8-də yayılıb.

Razılaşmaya əsasən, Ə.Əliyev şikayətindən imtina edir və bu iş üzrə gələcəkdə də hökumətə qarşı heç bir tələb irəli sürməyəcəyini bəyan edir. Hökumət isə öz növbəsində ona mənəvi ziyana görə 4 min 700, məhkəmə xərclərinə görə isə 500 avro kompensasiya ödəməyi öhdəsinə götürür

Ə.Əliyev ərizəsində Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyi) maddələri üzrə pozuntuların tanınmasını istəmişdi. O, siyasi sifarişlə həbs olunduğunu, barəsində çıxarılan məhkəmə hökmlərinin əsassız olduğunu vurğulamışdı.

Ə.Əliyev 2022-ci ilin yanvarında həbs edilib. Öncə o, Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə 6 ay azadlıqdan məhrum edilib. Həbsdə olarkən YAP-ın Binəqədi rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun iddiası əsasında barəsində yeni hökm çıxarılıb və CM-in 148-ci (təhqir) maddəsi ilə cəzası daha 6 ay artırılıb. Bir müddət sonra isə Bakı İstintaq Təcridxanasında ona qarşı növbəti cinayət işi başlanıb. Bu dəfə kamera yoldaşı ilə mübahisə zəminində xəsarət yetirməkdə təqsirləndirilən partiya sədrinə 3 il 6 ay həbs cəzası kəsilib.

Ə.Əliyev bu ittihamların heç birini qəbul etməyərək, siyasi sifarişlə həbsdə saxlanması üçün barəsində saxta ittihamlarla yeni cinayət işlərinin açıldığını bəyan edib.

Keçmiş partiya sədri 2023-cü il mayın 8-də prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. Təxminən ay yarım sonra — iyunun 25-də isə rəhbərlik etdiyi Vətəndaş və İnkişaf Partiyası fəaliyyətini dayandırması barədə bəyanat yayıb. Bu partiya 2006-cı il mayın 28-də yaradılmışdı.

​
XS
SM
MD
LG