Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:44

Avropa İttifaqı ilə saziş məsələsi müxalifəti niyə parçalayıb?


Azərbaycan Avropa Birliyi ilə nə sənəd imzalayır?
Gözlə

No media source currently available

0:00 0:14:50 0:00

Azərbaycan Avropa Birliyi ilə nə sənəd imzalayır?

Azərbaycan Avropa İttifaqı ilə yeni saziş imzalamaq ərəfəsindədir. Amma ictimaiyyətdə sazişin detallarının açıqlanmaması narazılıqla qarşılanıb. Siyasi partiyalar arasında sazişin imzalanıb-imzalanmaması ilə bağlı fikir ayrılığı var.

Ötən il Avropa Parlamenti də Azərbaycanla bağlı qətnaməsində tövsiyyə edirdi ki, Azərbaycan Avropa dəyərlərinə əməl etməsə saziş imzalanmasın.

Real Partiyasının sədri İlqar Məmmədov məhz bu qətnaməni əsas tutaraq, sazişin imzalanmasının tərəfdarıdır. O, öz bloqunda yazır ki, sənədi görməsə də onun demokratik dəyərlərə xidməti olacağını düşünür:

“Avropa Parlamenti ötən il qətnamə qəbul edərək birmənalı bəyan etdi ki, siyasi məhbuslar məsələsi çözülməyincə və digər demokratik irəliləyişlər təmin olunmayınca Avropa Komissiyasının imzalayacağı o sənədi qüvvəyə mindirməyəcəkdir. Bu tələb Avropa Komissiyası üçün vacib təkandır ki, Azərbaycan hakimiyyəti ilə danışıqlar zamanı həmin mövzuda prinsipial mövqedən çıxış etsin”.

İlqar Məmmədov deyir ki, birinci mərhələdə saziş imzalanmalıdır. İkinci mərhələdə isə Avropa Parlamenti onu təsdiqləməlidir. İlqar Məmmədov deyir ki, təsdiqlənməyə qədər Azərbaycan vacib demokratik şərtləri yerinə yetirməsə, sənədin qarşısını Avropa Parlamentində almaq olar.

Detalları açıqlansın

AXCP və digər müxalif təşkilatların birləşdiyi Milli Şuranın sədri Cəmil Həsənli isə hesab edir ki, saziş imzalanmadan öncə orda dəyişiklər etmək daha asandır. Onun fikrincə, sazişin ratifikasiya zamanı ictimaiyyətin fikrini sənəddə salmaq imkanları məhdudlaşacaq.

Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər də hesab edir ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafı olduqca önəmlidir. Amma o, sənədin detallarının açıqlanamamasını Azərbaycan xalqına qarşı hörmətsizlik kimi dəyərləndirir:

“Avropa İttifaqı ilə sazişin imzalanması çox önəmlidir. Amma bu sənədin detallarının da açıqlanması ondan da önəmlidir. Ən önəmli məsələ isə ordakı şərtlərə əməl edilməsidir”.

İsa Qəmbər yada salır ki, Azərbaycan Avropa Şurasına üzv olanda da, digər təşkilatlara qoşulanda da üzərinə öhdəliklər götürüb. Amma, özəlliklə, insan haqları, demokratiya sahəsində öhdəliklərə əməl etmir.

İndi ictimai təşkilatları narahat edən əsas məsələ odur ki, yeni imzalanan sazişdə Azərbaycan hökuməti qarşısında özəlliklə, insan haqları və demokratik dəyərlərlə bağlı öhdəliklər qoyulubmu? Qoyulubsa, nələr var? Amma sazişin mətni ictimaiyyətə açıqlanmadığından bu suallar açıq qalır.

Gün ərzində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə əlaqə saxlayıb, suallarımızı cavablandıracaq rəsmi nümayəndə tapa bilmədik.

Mogherini əmin edir

Amma aprelin 4-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bildirib ki, saziş həm Avropa İttifaqı ölkələri, həm də Azərbaycan vətəndaşlarının xeyrinə olacaq. O bildirib ki, “hazırda ikitərəfli sazişimiz üzrə danışıqların yekun - həlledici mərhələsi başlanıb”.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə, Azərbaycan-Avropa ittifaqı Əməkdaşlıq Şurasının iclasının yekunu üzrə mətbuat konfransında deyib ki, saziş üzrə danışıqlar tezliklə yekunlaşacaq. O, əlavə edib ki, sazişin 90 faizi razılaşdırılıb.

Azərbaycan Demokratik Rifah Hərəkatının sədri Qubad İbadoğlu öz Facebook hesabında təklif edir ki, ictimai, siyasi partiyaların iştirakı ilə müzakirə təşkil olunsun. İmzalanmaya təqdim olunacaq sazişin son layihəsi dərc olunsun.

Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə komissarı Yohannes Han aprelin 4-də deyib ki, Azərbaycan-Avropa İttifaqı arasında saziş üzrə danışıqlar mayın ortalarınadək başa çata bilər.

Amma Azərbaycanın ictimai-siyasi təşkilatları bu sazişin detallarının ictimaiyyətə açıqlanmadan imzalanması məsələsində fərqli fikir yürüdürlər.

Rusiyanın təsir imkanları azalar

Siyasi şərhçi Azər Rəşidoğlu düşünür ki, ictimaiyyətdə belə fikir ayrılığı anlaşılandır. Amma o da sazişin müddəlarının hətta geniş ictimaiyyətdə müzakirə olunmadan belə imzalanamasının tərəfdarıdır. Onun fikrincə, Avropa İttifaqı ilə istənilən belə bir mühüm sənədin imzalanması demokratik dəyişiklərə aparır:

“İstənilən halda Avropa İttifaqı ilə belə bir mühüm sənədi imzalamaq demokratik inkişafa getirib çıxara bilər. Hətta bir çox ölkələrdə demokratik parlament seçkiləri ilə də nəticələnib. Ona görə də mən müxalif təşkilatları yekdillik göstərməyə və bu sazişin imzalanmasına dəstək verməyə çağırıram. Bu Azərbaycan gələcək inkişafı və dekomratik irəliləyişlər baxımından çox mühim sənəddir”.

Azər Rəşidoğlu bildirir ki, bu sazişin indi imzalanması Rusiyanın Azərbaycana təsir imkanlarını azalda bilər.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib. Onlar Avropa İttifaqı ilə əməkdaşlıqdan nə gözləyirlər:

Bakıda keçirdiyimiz sorğu
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri 1991-ci ildən başlayıb. Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv seçilib.

Azərbaycan müstəqilliyini elan edəndən bəri Avropa strukturları ilə əməkdaşlıq edir, Avropa Şurası, ATƏT-in - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvüdür. Avropa İttifaqı ilə isə xüsusilə enerji və təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edir.

Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsü Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusu əhatə edir.

Azərbaycan və Belarusdan başqa digər ölkələr təşəbbüs üzrə saziş imzalayıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG