Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:12

Avropa İttifaqı 'Rusiya mənbələri' barədə hesabatı açıqlayıb


Avropa İttifaqı iyunun 14-də bəyan edib ki, Rusiyanın may ayında keçirilmiş Avropa Parlamenti seçkisinə təsir etmək məqsədilə “davamlı və güclü dezinformasiya” fəaliyyətinə dair dəlillər toplayıb.

Avropa Komissiyasının bu barədə hesabatında deyilir ki, “Rusiya mənbələri” seçici fəallığını azaltmaq və seçici mövqeyinə təsir etməyə səy göstərib.

Hesabatda “Rusiya mənbələri” ifadəsinin açımı verilməyib. Sənəddə qeyd olunur ki, dezinformasiya kampaniyasının “sərhədləri aşan” mənbələri tam dəqiqləşdirilməyib.

Avropa İttifaqının təhlükəsizlik komissarı Julian King deyib ki, “Rusiya mənbələri” kimi qiymətləndirilən qaynaqlardan dezinformasiyanın həcmi son bir ildə iki dəfə artıb.

O habelə bildirib ki, Aİ-nin dezinformasiyaya qarşı tədbirləri “bir növ çəkindirici rol oynayıb”.

Aİ-nin ədliyyə komissarı Vera Jourova eyni mətbuat konfransında deyib ki, sözü gedən müdaxiləyə baxmayaraq onun Cambridge Analytica qədər “böyük partlayış” effekti olmayıb.

Həmin vaxt Cambridge Analytica şirkətinin bir əməkdaşının faş etməsinə görə bu şirkət milyonlarla istifadəçinin Facebook məlumatlarını ələ keçirmişdi.

Avropa Komissiyasının bu hesabatından əvvəl Brüssel Aİ ölkələrinə və Facebook və Twitter kimi sosial media şirkətlərinə Rusiyadan qaynaqlanan “saxta xəbərlər” barədə xəbərdarlıq etmişdi.

Aİ-nin hesabatında Notr Dam kilsəsində baş vermis yanğın misal göstərilir.

İnternetdən istifadə edən bəzi ziyanlı qruplar bu yanğını Avropa İttifaqı və Qərbdə xristian dəyərlərinin tənəzzülü kimi təqdim etməyə çalışmışdı.

King bildirob ki, sosial mediada edilmiş başqa iddialara görə isə Avropa İttifaqı Polşanı sosializm dövründəkindən daha yoxsul edib.

King bunu da deyib ki, Rusiyaya bağlı bir Twitter hesabı Avropa İttifaqının nasist köklərə malik olduğunu iddia edirdi.

Komissar qeyd edib ki, Facebook, Google, Twitter və Mozilla kimi şirkətlərin Aİ-nin könüllü davranış məcəlləsini qəbul etməsi “saxta xəbərlərin” qarşısını bir xeyli alıb, amma Rusiya qaynaqlarının önlənməsi üçün daha çox iş görülməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG