Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 22:56

Avropa Birliyi Türkiyəyə maliyyə yardımını dayandırır


Yohannes Han, Yerevan, 18 mart 2015

Avropa Birliyi Türkiyənin Avropa məkanına inteqrasiyasına yönəlik bir neçə layihəni maliyyələşdirməyi dayandırıb.

Bu barədə Avropa Birliyinin qonşuluq siyasəti və genişlənmə üzrə avropa komissarı Yohannes Han açıqlama verib. O bildirib ki, Türkiyədə iyuldakı baş tutmayan dövlət çevrilişinə qədər artıq başlamış mənfi tendensiya təkcə AB standartları ilə yox, həm də beynəlxalq hüquqla ziddiyyət təşkil edir.

Avropa Birliyi tərəfindən Türkiyəyə maddi dəstəyi 2014-2020-ci illər ərzində 4,45 milyard dollar təşkil edirdi. Bu vəsaitdən hələlik Türkiyəyə 167 milyon avro verilib.

Brüsselin nə qədər vəsaiti və hansı layihələri dəstəkləməyi dondurduğu hələ ki, bəlli deyil.

“Alman dalğası”sı bildirir ki, Avropa Birliyi Ankara ilə danışıqları kəsməyib və Türkiyəyə kömək etmək istəyir. Ancaq Yohannes Han vurğulayıb ki, Türkiyənin Avropa Birliyinə qəbulu ilə bağlı danışıqlar faktiki olaraq dayandırılıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG