Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

ATƏT müşahidəçiləri işə başlayır


Müşahidə missiyasının mətbuat konfransı
Müşahidə missiyasının mətbuat konfransı

«Bizim işimiz seçkilərin müşahidəsini aparmaq, onu qiymətləndirməkdən ibarətdir, seçki prosesinə müdaxilə etmirik. Seçkilərdə hər hansı nəticənin qeydə alınması marağımızda deyil».

Bu sözləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda prezident seçkilərini müşahidə missiyasının rəhbəri Koryen Yonker martın 9-da keçirdiyi mətbuat konfransında bildirib. Onun deməsinə görə, uzunmüddətli seçki müşahidə missiyası 30 müşahidəçidən, 10 ekspertdən ibarət əsas heyətdən və regionlarda fəaliyyət göstərəcək 20 müşahidəçidən ibarətdir. Həmin müşahidəçilər martın 15-dən etibarən regionlarda fəaliyyətə başlamalıdırlar.

***Buna da bax-'İTV-yə verəcək o qədər pulum yoxdur'-Namizəd

Bundan başqa, prezident seçkilərini 280 qısamüddətli müşahidəçi də izləməlidir. K.Yonker vurğulayıb ki, müşahidə missiyası bütövlükdə prosesə qiymət verəcək, seçki mühitini araşdıracaq, Azərbaycanın seçkilərin keçirilməsi ilə bağlı götürdüyü öhdəliklərə necə əməl olunmasını dəyərləndirəcək. ATƏT üzvü olan 19 ölkəni təmsil edən uzunmüddətli missiya üzvləri gələn həftə Azərbaycanda olmalıdır. Qısamüddətli missiya üzvləri isə seçki gününə az qalmış Azərbaycana səfər etməlidir. Missiyanın fəaliyyətinin aprelin sonunadək davam edəcəyi qeyd edilir.

Seçki saxtakarı necə cəzalandırılsın?
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

K.Yonkerin bildirməsinə görə, müşahidə missiyası ölkənin bütün regionlarını əhatə edəcək. Missiya ilkin olaraq aralıq hesabatlar hazırlayıb yayacağıq. Seçki prosesi başa çatdıqdan səkkiz həftə sonra isə yekun hesabatın hazırlanıb yayılması nəzərdə tutulur.

***Buna da bax-Avropa Parlamenti prezident seçkisini müşahidə etməyəcək

Azərbaycanda keçirilmiş son seçkiləri (2015-ci ildə keçirilən parlament seçkilərini) DTİHB müşahidə etməmişdi. O vaxt buna səbəb kimi müşahidəçilərin sayı ilə bağlı razılıq əldə edilməməsi göstərilmişdi. Azərbaycan hökumətinin təmsilçiləri müşahidəçilərin sayının çox olduğunu deyərək, onların azaldılmasını istəyirdi.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi keçiriləcək. Seçki prezident İlham Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, artıq 15-ə yaxın şəxsin namizədliyi irəli sürülüb. Onlardan hələlik dördünün namizədliyi qeydiyyata alınıb. Bunlar hazırkı prezident İlham Əliyev, namizədliyi öz təşəbbüsü ilə irəli sürülən deputat Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyevdir.

Bir sıra müxalif qüvvələr isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG