Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:45

Azərbaycan hökuməti saxta ittihamları ləğv etməlidir


Chris Smith
Chris Smith

ABŞ Helsinki Komissiyasının sədri konqresmen Chris Smith beynəlxalq insan haqları günündə diqqəti ATƏT məkanındakı siyasi məhbuslar probleminə çəkib

ABŞ-ın ATƏT-dəki nümayəndəsi və ya Amerikada tanındığı kimi Helsinki Komissiyasının sədri, konqresmen Chris Smith beynəlxalq insan haqları günündə diqqəti ATƏT məkanındakı siyasi məhbuslar probleminə çəkib.

Chris Smith-in bu münasibətlə verdiyi bəyanatda narahatlıqla vurğulanır ki, bir neçə ATƏT ölkəsində siyasi məhbusların sayı artmaqdadır.

Konqresmen Rusiyanın Memorial təşkilatına istinadən bildirir ki, bu ölkədə hazırda 50-dək siyasi məhbus var və bu, son illərin ən kəskin artımıdır.

Bəyanatda deyilir ki, siyasi motivlərlə həbs olunmuş şəxslərin “cinayətinə” Rusiya tərəfindən Krımın ilhaqına etiraz edilməsi, polisin rəftarı barədə bloq yazılması və xarici araşdırmaçılarla açıq informasiyanın mübadiləsi daxildir.

ABŞ Helsinki Komissiyasının sədri Chris Smith bəyan edir ki, “saxta ittihamlar” Xədicə İsmayılova, İntiqam Əliyev və başqa siyasi məhbbusların üzərindən qaldırılmalıdır

Chris Smith həmçinin bildirib ki, Azərbaycan hökuməti son illərdə insan haqları fəalları və jurnalsitlər də daxil, çox sayda insanı məhbus edib.

Cənab Smith bəyanatda insan haqları müdafiəçiləri Leyla və Arif Yunusun həbsxanadan buraxılmasını salamlasa da, onların üzərindəki ittihamların tamamilə ləğv edilməsinə çağırıb.

Konrqresmen bəyan edir ki, “saxta ittihamlar” Xədicə İsmayılova, İntiqam Əliyev və başqa siyasi məhbbusların da üzərindən qaldırılmalıdır.

ABŞ Helsinki Komissiyasının sədri diqqəti habelə Türkmənistan, Özbəkistan, Tacikistan və Çindəki siyasi məhbuslarla bağlı problemə yönəldib.

“Beynəlxalq İnsan Haqları Günündə mən ATƏT-i siyasi məhbus məsələsini təşkilatın gündəliyindəki əsas məsələyə çevirməyə çağırıram” – deyilir bəyanatda.

BMT Baş Assambleyası İnsan Haqları Bəyannaməsini 1948-ci il, dekabrın 10-da qəbul edib.

O zamandan bəri 10 dekabr Beynəlxalq İnsan Haqları Günü kimi qeyd edilir.

XS
SM
MD
LG