Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 00:36

“Bu pis bəyanatdır. ABŞ hökuməti bütün siyasi məhbusları azad etməyə çağırmaq və ya heç nə deməmək əvəzinə, Bakıya normal münasibətlər vəd edir, Azərbaycan hökuməti ilə tərəfdaşlıq, insan haqları, demokratiya, energetika və təhlükəsizlik sahələri də daxil olmaqla bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsinin mümkünlüyünə baxacağını deyir”.

Bunu ABŞ-ın Azərbaycanda keçmiş səfiri olmuş Richard Kauzlarich ABŞ Dövlət Departamentinin hüquq müdafiəçisi Leyla Yunusun dekabrın 9-da həbsdən azad edilməsi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.

Kauzlarich deyir ki, Azərbaycan rejimi bir tərəfdən Leyla Yunusu azad edir, o biri tərəfdən isə AXCP-nin sədr müavini Fuad Qəhrəmanlını həbsə atır.

XS
SM
MD
LG