Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:43

Leyla Yunus barədə ABŞ-dan bəyanat


Konqresmen Chris Smith
Konqresmen Chris Smith

ABŞ-ın ATƏT-dəki nümayəndəsi Chris Smith Azərbaycanda insan haqları müfaiəçisi Leyla Yunus barədə “vaxtı çoxdan çatmış addım”ın atılmasını salamlayıb

ABŞ-ın ATƏT-dəki nümayəndəsi, ABŞ-da həmçinin Helsinki Komissiyasıı kimi tanınan qrupun rəhbəri, konqresmen Chris Smith Azərbaycanda insan haqları müfaiəçisi Leyla Yunus barədə “vaxtı çoxdan çatmış addım”ın atılmasını salamlayıb.

Eyni zamanda konqresmen Leyla Yunusun məhbusluğunun ev dustaqlığına dəyişdiriləməsini bu istiqəmətdə yalnız “ilk addım” adlandırıb.

Bu münasibətlə yaydığı bəyanatda cənab Smith bildirib ki, “Leyla və onun əri Arif ağır xəstədirlər və indi onlara yüksək keyfiyyətli xidmətin göstərilməsi onları ədalətsizcəsinə mühakimə və məhbus etmiş hökumətin məsuliyyətidir”.

Sonda cənab Smith bəyan edir ki, indi Yunusların üzərindəki ittiham ləğv edilməli və onların Azərbaycanda insan haqlarının müdafiəsi sahəsindəki dinc səylərinin bərpasına şərait yaradılmalıdır.

ABŞ konqresmeni Chris Smith Azərbaycanda insan haqları ilə bağlı vəziyyətə ciddi nəzarət edən siyasətçi kimi tanınır.

XS
SM
MD
LG