Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

Atəşkəs razılaşmasının 24 ili tamam olur


Dağlıq Qarabağ, 8 aprel 2016
Dağlıq Qarabağ, 8 aprel 2016

Bu gün, mayın 12-də Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsinin 24 ili tamam olur.

Atəşkəslə bağlı təklif o vaxt Rusiyadan gəlib. Azərbaycan və Ermənistan buna razılıq verib.1994-cü il mayın 12-də bununla bağlı Qırğızıstanda “Bişkek protokolu” ( şəhərin adından götürülüb-R) imzalanıb.

Buna da bax: 'Aprel döyüşlərindən sonra Bakının gözləntiləri özünü doğrultmadı'

24 il davam edən atəşkəs dövrü ərzində tərəflər arasında ən böyük hərbi toqquşma 2016-cı il aprel ayının əvvəlində baş verib.

Bu zaman hər iki tərəfdən onlarla itkilər olub. Azərbaycan Ordusu “Lələtəpə” yüksəkliyini və Tərtər rayonu istiqamətində Talış kəndi ətrafında bəzi mövqeləri geri alıb.

Buna da bax: Müxalifətdən iqtidara Qarabağla bağlı təkliflər

Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və daha bir neçə kənd işğal edilib.

Qarabağ münaqişəsinin tənizimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətləridir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG