Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 19:47

Atəşkəs 43 dəfə pozulub


Azərbaycan ordusu təlimlərdə, 2016

Dekabrın 10-na gecə erməni silahlı bölmələri atəşkəsi 43 dəfə pozub. Qarşı tərəf 60 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan istifadə edib.

Ermənistanın İcevan rayonunun Paravakar kəndində, Berd və Krasnoselsk rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycanın Qazax, Tovuz və Gədəbəy rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdamın Cəvahirli, Şuraabad, Sarıcalı, Xocəvəndin Kuropatkino, FüzulininHoradiz kəndləri yaxınlığında, Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdəki mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrininmövqeləri atəşə tutulub.

Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

XS
SM
MD
LG