Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 09:57

Qırğızıstan prezidentindən Nazarbaev-ə atmaca


Qazaxıstan prezidenti Nursultan Nazarbaev Almazbek Atambaev-ə I dərəcəli «Dostık» ordeni verərkən. 7 noyabr, 2014-cü il

Qırğızıstan prezidenti Almazbek Atambaev «Ala-Arça» dövlət iqamətgahında ölkəsinin sosial-iqtisadi, mənəvi və intellektual inkişafında xüsusi xidmətlərə görə mükafatlar təqdim edib. 150 nəfərə yaxın adam orden, fəxri ad və tərifnamələr alıb. Auditoriya qarşısında çıxış edən Atambaev deyib:

«Bu mənim prezident qismində sonuncu tədbirlərimdən biridir. Ümid edirəm, etimadınızı doğrultmuşam və siz xatırlayacaqsınız ki, prezident Almazbek Atambaev nə zamansa sizə dövlət mükafatı təqdim edib».

Mükafatlarla birlikdə mərasim iştirakçılarının hərəsinə 10 min som (146 dollar) pul da verilib. Tədbir ölkədə keçiriləcək prezident seçkisindən bir həftə öncəyə təsadüf edib.

«QAZAXISTANIN SƏRVƏTLƏRİNİ TALAYIRLAR»

Mərasim zamanı A.Atambaev bəzi namizədləri və Qazaxıstan hökumətini tənqid edib. Dövlət başçısı bildirib ki, qonşu dövlətin rəhbərliyi və oliqarxlar prezident seçkilərinə müdaxilə edirlər. O, Qazaxıstan Respublikasının bəzi rəsmi şəxslərini Bakiev-ləri (Kurmanbek Bakiev 2005-2010-cu illərdə Qırğızıstan prezidenti olub- red.) dəstəkləməkdə ittiham edib:

***Buna da bax-Qazaxıstan Qırğızıstanın prezident seçkisinə müdaxilə edir?

«Mən qazax hökumətinin onları bizə niyə belə sırımaq istədiklərini anlayıram. Onlar Bakiev-i sevirlər. Bakiev-lər bugünədək Qazaxıstanda öz bayramlarını keçirirlər. Mən hətta Qazaxıstanın ən yüksəkrütbəli adamlarından eşitmişəm ki, Bakiev-lər insanları güllələməkdə haqlı olublar. Adlarını çəkməyəcəyəm. Çünki biz qazax xalqına pis nümunə oluruq. Nursultan Abishevich-in dediyi doğrudur, hətta təkcə Almatının ÜDM-si bütün Qırğızıstanın ÜDM-indən beş dəfə çoxdur. Qazaxıstanın ÜDM-si Qırğızıstanın ÜDM-sindən 20 dəfə çoxdur. Qazaxıstanda adambaşına düşən gəlir Qırğızıstandakından orta hesabla 10 dəfədən artıqdır. Onda niyə Qazaxıstanda təqaüdlər Qırğızıstandakından 10 dəfə yox, cəmi 1.5 dəfə artıqdır, tariflərsə 5 dəfə artıqdır? Çünki Qazaxıstanın sərvətlərini talayırlar. Və bu sərvətlər Qazaxıstan xalqına çatmır. Özü də biz pis örnək oluruq, Atambaev pis örnək olur. O, ədalətli hakimiyyət nümunəsi göstərir. Bizim qonşu əyalətdə, Talasda insanlar Qazaxstandakından pis yaşamırlar. Əgər biz adambaşına 10 dəfə artıq gəlir əldə etsəydik, onda təqaüdlər də 10 dəfə artıq olardı. Çünki bizdə Utemuratov [Bulat Utemuratov] kimi ...oliqarxlar varlanmazdı».

«GƏNC PREZİDENT KİMƏ LAZIMDIR?»

Atambaev Qazaxıstan prezidenti Nursultan Nazarbaev-in Qırğızıstan prezidentliyinə namizəd Omurbek Babanov-la görüşünü də tənqid edib. Bu görüşdə Nazarbaev gənc dövlət başçısının seçilməsini dəstəklədiyini deyib.

«Ancaq ən yaşlı namizəd Nazarbaev-dən 20 yaş gəncdir. Mən özüm ondan 16 yaş cavanam. İndi kimə gənc prezident lazımdır? Bizə, yoxsa Qazaxıstana?», – Atambaev söyləyib.

***Buna da bax-Kiçik Nazarbaev gəlir

Qazaxıstan Xarici İşlər Nazirliyi elə həmin gün A.Atambaev-in bəyanatına reaksiya verib.

«Əminik ki, Qırğızıstan prezidentinin məsuliyyətsiz, seçkiqabağı məqsədlərlə ifadə edilmiş, mahiyyətcə təxribat xarakterli və yalan iddiaları ölkələrimiz arasındakı çoxəsrlik dostluq və qarşılıqlı dəstək bağlarına zərər verə bilməyəcək. Qazaxıstan tərəfi qırğız xalqı ilə ənənəvi qardaşlıq münasibətlərinin inkişafı kursuna sadiq qalmaqdadır», – rəsmi Astananın etiraz sənədində deyilir.

Seçkilərdə iqtidarın namizədinə əsas rəqib hesab edilən O.Babanov-un Qazaxıstan prezidenti N.Nazarbaev-lə görüşü haqda məlumat sentyabrın 19-da «Ak Orda»nın (Qazaxıstanın prezident sarayı) rəsmi saytında dərc edilib. Rəsmi Bişkek sentyabrın 20-si bu görüşə kəskin reaksiya verib. XİN Qazaxıstana rəsmi nota göndərib. Namizəd Babanov-sa deyib ki, onun Qazaxıstan prezidenti ilə görüşündə pis bir şey yoxdur və o, bununla qanunu pozmayıb.

N.Nazarbaev-in Qırğızıstan prezidentliyinə namizəd O.Babanov-la görüşü
N.Nazarbaev-in Qırğızıstan prezidentliyinə namizəd O.Babanov-la görüşü

NAMİZƏDLƏ İŞADAMININ NƏ ƏLAQƏSİ?

Oktyabrın 6-da isə Youtube-da iki şəxsin telefon söhbətinin audioyazısı peyda olub. Onların səsləri Qırğızıstan prezidentliyinə namizəd Temir Sariev-lə qazaxıstanlı işadamı Bulat Utemuratov-un səslərinə bənzəyir. Sariev-in səsiylə danışan şəxs işadamına görüşməyi təklif edir. Videonun üzərindəki yazıda deyilir ki, səs sentyabrın sonlarında yazılıb.

Sariev-in mətbuat katibi Nazira Ahmedova deyib ki, bu söhbətin Qırğızıstandakı siyasətə və ya seçkilərlə aidiyyəti yoxdur və tərəflər sadəcə şəxsi, siyasətlə bağlı olmayan məsələləri müzakirə edirlər.

B.Utemuratov Qazaxıstanın tennis federasiyasının prezidentidir. O, əvvəllər Qazaxıstan prezidentinin administrasiyasında yüksək vəzifələr tutub və prezidentin müşaviri olub. 2016-cı ildə Qazaxıstanın 50 ən zəngin işadamının siyahısında birinci olub.

Qırğızıstanda prezident seçkisi oktyabrın 15-i keçiriləcək. 13 namizəd rəsmi qeydiyyatdan keçib. Onlardan ikisi namizədliyini geri götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG