Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:04

Qazaxıstan Qırğızıstanın prezident seçkisinə ‘müdaxilə’ edir?


Qırğızıstan prezidentliyinə namizədlərdən biri -
Omurbek Babanov
Qırğızıstan prezidentliyinə namizədlərdən biri - Omurbek Babanov

Qırğızıstanda 15 oktayabr prezident seçkisinə hazırlıq getdiyi bir vaxtda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin prezidentliyə iddialılardan biri olan Omurbek Babanovla görüşməsi Bişkəkin siyasi dairələrində ziddiyyətə səbəb olub.

Qazaxıstan prezidentinin rəsmi saytında sentyabrın 19-da verilmiş məlumatda deyilir ki, Nazarbayev Almatıda keçirilən görüş zamanı “iki qardaş ölkə arasındakı bağların möhkəmləndirilməsinin vacibliyini vurğulayıb”.

AzadlqıRadiosunun müxbiri yazır ki, prezidentin internet səhifəsi bu görüşü az qala iki bərabər hüquqlu liderin görüşü kimi təqdim edir.

Nazarbayev Qırğızıstan prezidenti Atambayevi təltif edir (2014)
Nazarbayev Qırğızıstan prezidenti Atambayevi təltif edir (2014)

Bu görüş zamanı Nazarbayev deyib: “Qırğızıstanın müstəqilliyi illərində mən sizin bütün prezidentlərinizlə məhsuldar işləməyə çalışmışam. Biz qırğız xalqının etibar edəcəyi yeni prezidentlə də səmərəli əməkdaşlığı davam etdirəcəyik”.

Babanov bunun qarşılığında bildirib ki, o öz ölkəsinin baş naziri olduğu vaxtlarda Nazarbayevdən bütün mümkün olan köməyi görüb.

Babanov deyib ki, “biz qardaş Qazaxıstanın uğurlu nailiyyətlərini sevinclə qəbul edirik”.

Qırğızıstan Mərkəzi Seçki Komissiyasının üzvlərindən Abdıjapar Bekmatov AzadlıqRadiosuna deyib ki, komissiya sözü gedən görüşün xəbər verilən məzmun və mövzusunu öyrənəcək və bunu ayrıca qiymətləndirəcək.

Bekmatov deyib ki, komissiya bu görüşün prezident seçkisi ilə bağlı olub-olmadığını aşkara çıxarmağa çalışacaq.

Vəzifəsini başa vurmaqda olan prezident Almazbek Atambayev başqa bir namizədi - Sooronbay Jeyenbekovu dəstəklədiyini elan etmişdi. Jeyenbekov da keçmiş baş nazirdir.

2007-ci ildə prezident seçilmiş Atambayev Qırğızıstan Konstitusiyasına uyğun olaraq ikinci müddət üçün namizədliyini verə bilməz.

15 oktyabr seçkisində iştirak etmək üçün 15 namizəd qeydə alınıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG