Pirşağıdakı «Qızılqum» adlanan yerdə yolqırağı təndirlər dərhal diqqət çəkir. Təndirlər, əsasən, yay aylarında qalanır. Bu təndirlərdə bişən çörəkləri alanların da çoxu çimərliyə gedən insanlardır.
Qışda Astarada, yayda Bakıda...

1
52 yaşlı Astaralı Mahirə xanım hər səhər saat 8-dən gecə 12-dək xəmir yoğurur, kündə tutur.

2
Bu çörəyin özəlliyi odunla bişməsindədir. Bir yük maşını dolusu odunu 40-60 manata almaq olur.

3

4
Çörək 50 qəpiyə satılır. İki kisə undan təxminən 300 çörək çıxır. Günboyu 150 civarında çörək satılır, yəni bir kisə unun çörəyi.