Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 23:35

Astara sakini: ‘Nazir bura güləşməyə gəlib?’


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun qəbulunda. Lənkəran. Azərbaycan.7 iyul 2017
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun qəbulunda. Lənkəran. Azərbaycan.7 iyul 2017

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov iyulun 7-də Lənkəran, Lerik, Yardımlı, Masallı və bölgənin digər rayonlarından gələn şikayətçiləri Astarada qəbul edib. Həmin müddətdən üç həftə vaxt keçir.

Bəs nazirin qəbulunda olanların problemləri həll olunubmu?

Buna da bax:​ Astarada qəbula gələn: 'Nazir mənə 5 manat versin, çörəkpulu edim'

Astara şəhər sakini Səttar Sultanov deyir ki, həmin günü qəbulda olub, lakin onu heç kim dinləməyib:

“Şikayətə gələnləri Olimpiya Idman Kompleksinə yığmışdılar. Polis səfindən keçib zala girə bildim. Orda mənə dedilər ki, ünvanlı sosial yardımla bağlı şikayətləri nazir qəbul etmir. Mən onlara dedim ki, bəs nazir bura güləşməyə gəlib?”

Səttar Sultanovun iki uşağı var, heç yerdə işləmir:

“İş yoxdur, olsa işləyərəm. Hökumətə ağız da açmaram. 5-6 ay ünvanlı sosial yardım almışam. Gözlənilmədən kəsdilər. Səbəbini isə demirlər. Əsas nazir idi, nazir də gəldi - getdi. İndi ümidimiz qaldı Allaha”.

Buna da bax:​ İsmayıllı sakini: '47 manat əlillik pensiyası alıram, çörəyə də çatmır'

Səttar Sultanovdan fərqli olaraq Ülvi Quliyev nazirin qəbul keçirtdiyi otağın qapısına qədər gələ bilib:

Şikayətçi Ülvi Quliyev. 12 iyul 2017
Şikayətçi Ülvi Quliyev. 12 iyul 2017

“Qapıda qarşımı kəsib dedilər ki, nazir ünvanlı sosial yardımlarla bağlı şikayətləri qəbul etmir. Dedim, əlimdə kart var, onu da mənə nazirlik verib. Bəs bu kartı nə edim? Dedilər ki, qapıya qədər gəlmisən, səni qeydiyyata alarıq. Şikayəti nazirliyin rayon şöbəsinə göndərəcəyik”.

Ülvi Quliyev deyir ki, nazirliyin rayon şöbəsində ondan sənədlər istəyiblər:

“Mən narazı qaldım, şikayətimi davam etdirəcəyəm”

“Tələb olunan sənədləri təqdim etdim. Dedilər, get bankda hesab aç, hesab da açmışam. Dedilər ki, gözlə, bu günə qədər gözləyirəm. Mənim kimi 5-6 nəfərdən belə sənədlər alıblar. Bildiyimə görə, hər birimizə 50-100 manat yardım edəcəklər. Yardım hələ ki, yoxdur. Əslində bu məsələni həll etmir. Mən narazı qaldım, şikayətimi davam etdirəcəyəm”.

Buna da bax:​ Əmək pensiyası üçün 18 illik çarpışma

Qəbula düşmüş İsmayıl Mahmudov da narazılıq edir. Onun deməsinə görə, nazirin rayona gəlişini səbirsizliklə gözləyib:

“Bu günə qədər məni axtaran olmayıb...”

“Zala daxil ola bildim. Həyat yoldaşım və 3 əkiz uşaqlar da mənimlə idi. Nazir qəbul etmədi. Şikayətimi nazir müavinin diqqətinə çatdırdım. Adımı yazdılar. Dedilər ki, gözlə. Bu günə qədər məni axtaran olmayıb, olmayacaq da. Məcburam , həyat məni məcbur edir, ailəmi götürüb Bakıya gedim. İnanmıram ki, bizi kimsə eşidə”.

Astara rayonun Ərçivan kənd sakini Dilarə Rzayevanın deməsinə görə də onu nazirin qəbuluna buraxmayıblar.

Qəbullar azalıb...

İctimai fəal Elçin İbrahimli deyir ki, əvvəllər hər ayda 4-5 nazir rayonlarda qəbul keçirdirdi, indi say azalıb.

Buna da bax:​ 146 min nəfər yardımsız qalıb, səbəbi...

İctimai fəal Elçin İbrahimli.
İctimai fəal Elçin İbrahimli.

“Bunun bir neçə səbəbi var. Şikayətə gələnlərin problemləri tam həll olunmur. Eşitdiyimə və müşahidələrimə görə, qəbula gələn 5-6 nəfərin şikayəti həll olunur. Qalanların şikayətləri olduğu kimi qalır”.

Onun sözlərinə görə, nazirliklər şikayətçilərin qarşısında şərt qoyurlar:

“Gömrük Komitəsinin sədri Aydın Əliyev yerlərdə qəbul keçirdərkən nümayəndələri elan edirlər ki, işlə bağlı müraciət qəbul edilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bildirirlər ki, ünvanlı sosial yardımla bağlı nazirə müraciət etməsinlər. Sosial vəziyyətlə, işlə bağlı müraciətlər nəticəsiz qalır...”

2 min nəfərin məşğulluğu təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin yerli qurumundan məsələ ilə bağlı suallarımıza cavab verilmədi.

Buna da bax: Səlim Müslümov: 'İş üçün müraciətlər azalıb'

APA İnformasiya Agentliyi Səlim Müslümovun iyulun 7-də Astarada keçirtdiyi qəbulla bağlı məlumat yayıb. Həmin məlumatda nazirliyə istinadən bildirilir ki, bu ilin 6 ayında Astara, Lənkəran, Yardımlı, Masallı, Lerik rayonlarında 2 min nəfər işsiz və işaxtaran şəxsin məşğulluğu təmin olunub. 60 nəfər isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG