Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:39

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri istefa verir


Baş nazir Nikol Pashinian (solda) və Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsian
Baş nazir Nikol Pashinian (solda) və Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsian

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsian istefa verib.

Baş nazir Nikol Pashinian sentyabrın 16-da keçirilən mətbuat konfransında deyib ki, Vanetsianın vəzifəsindən kənarlaşdırılmasına dair təşəbbüsü o qaldırıb və bu istefa barədə fərman iki gün ərzində prezident Armen Sarkisian tərəfindən imzalanacaq.

Pashinian bildirib ki, bu qərar “qarşılıqlı razılaşma” əsasında verilib.

Sentyabrın 16-da Vanetsian Pashinian-ın iş metodlarını tənqid edib.

Pashinian mətbuat konfransı zamanı Vanetsianın işindən razı olub-olmadığı barədə suala cavabında deyib ki, Milli Təhlükəsizlik Xidməti başçısının işi ictimaiyyət qarşısında müzakirə oluna bilməz.

Pashinian eyni zamanda Ermənistan Futbol Federasiyasılnın rəhbəri olan Vanetsianın əsas diqqətini ölkə yığmasının Avropa Çempionatının finallarına çıxmasına yönəldəcəyinə ümid etdiyini deyib.

Peşəkar təhlükəsizlik zabiti olan Vanetsian Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə 2018-ci ilin mayında Pashinian hakimiyyətə gəldikdən az sonra təyin edilmişdi.

XS
SM
MD
LG