Belorusda yaşı 18-lə 27 arasında olan kişilərin hamısı hərbi xidmətdə olmalıdır. Xidmət müddəti 18 ayla 27 ay arasında dəyişir. Özünü Sovet İttifaqı ordusunun varisi elan etmiş Belorus ordusunda əsgərlər arasında "dedovşina", əsgər-zabit münasibətləri, hətta hərbi avadanlıqların çoxu 1960-ci illərdəki kimidir. 2010-2011-ci ilərdə Belorus ordusunda xidmət etmiş və özünü Max kimi təqdim edən keçmiş əsgərlərdən biri əsgərlik dövrü fotolarını facebook-da öz hesabında paylaşıb. Alexander Mihalkovich.
Belorus ordusu əsgərinin günlük həyatı fotolarda

5
Sovet dövründən qalma ənənə kimi əsgərin başı dibdən qırxılmalıdır.

6
Barakda içməli su daşıyan əsgər.

7
Çöldə şaxtalı havada növbədən dönən əsgərlər isti suyu, duşu olmayan yataqxanalara çəkilirlər.

8
Əsgər çölə çıxarılmış çarpayıların keşiyində.