Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Aprel müharibəsindən 3 il keçir. Söz vaxtına çəkər…


Yenidən tutulan "Heykəl məhbusu" döyüldüyünü deyir
Gözlə

No media source currently available

0:00 0:14:15 0:00

Yenidən tutulan "Heykəl məhbusu" döyüldüyünü deyir

Bu gün aprel döyüşlərinin 3 ili tamamlanır. 2016-cı il aprelin 2-də Qarabağda atəşkəsin pozulması bir neçə gün davam edən irimiqyaslı hərbi toqquşmaya səbəb oldu.

Rəsmi məlumatlarda 3 gün davam edən döyüşlərdə hər iki tərəfdə onlarla itki olduğu bildirilirdi. Azərbaycanın Müdafiə Nazirliyi döyüşlərdə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsinin işğaldan azad edildiyini bildirirdi.

Prezident İlham Əliyev “aprel döyüşləri”ni Azərbaycan tarixinin şanlı səhifəsi kimi qiymətləndirib. O, bu gün Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində etdiyi çıxışda Qarabağ danışıqlarından da danışıb. Prezident deyib ki, Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur və münaqişə ərazi bötövlüyü çərçivəsində həllini tapmalıdır:

“Ermənistanın yeni rəhbərliyi danışıqların formatını dəyişdirmək istəmişdi. Ancaq Azərbaycanın birmənalı mövqeyi bunu mümkün etməyib. Münaqişə Ermənistan ilə Azərbaycan arasındadır. Bizim torpaqlarımızı Ermənistan işğal edib”.

Ermənistanın baş naziri Nikol Pashinian da dünən özünün Facebook səhifəsində son danışıqlara münasibət bildirib. O deyib ki, danışıqlarda qalib və ya məğlub axtarmaq lazım deyil. Onun əsas istəyi erməni icmasını da danışıqlara qatmaqdır.

Bu mövzunu yaxından izləyən təhlilçilər bildirirlər ki, son 2-3 gündəki bəyanatlar onu göstəririr ki, sülh danışıqlarında yaxın perspektivdə hər hansı irəliləyiş olmayacaq.

Belə ekspertlərdən biri, Bakıdakı Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu düşünür ki, tərəflər münaqişənin həlli ilə bağlı razılıq əldə etməyincə, müharibə riski hər zaman olacaq:

“Müharibə riski əvvəlki kimi yüksəkdir. Çünki danışıqlarda heç bir irəliləyiş yoxdur. Bu günlərdə Azərbaycan və Ermənistan rəhbərləri də görüşdü. Biz gördük ki, yenə də real bir nəticə yoxdur. Görünən odur ki, Nikol Pashinian danışıqlara hazır deyil. O həm də Ermənistanda kök salmış “Dağlıq Qarabağ klanı”ndan çəkinir. Çəkindiyinə görə də heç bir addım atmır. Danışıqlarda irəliləyiş olmayınca toqquşma riski də artır”.

Daha bir müharibə riski nə qədərdir?

Amma başqa bir siyasi şərhçi Rauf Mirqədirov müharibə riskinin, azından aprel döyüşlərinə bənzər toqquşmanın təkrarlanacağını o qədər də real saymır.

Rauf Mirqədirov deyir ki, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündə real nəticə olacağını əslində gözləmirdi. O ki, qaldı görüşdən sonrakı bəyanatlara, onun fikrincə, bunların hamısını liderlər yerli audiotirya üçün edirlər.

Rauf Mirqədirov diqqəti daha çox görüşdən sonra Pashinian-ın Rusiya prezidentinə zəng vurmasına çəkir:

“Mən düşünürəm ki, Rusiya prezidenti görüş haqda tam məlumat almaq imkanları varıydı. Ən azından Rusiyanın nümayəndəsi həmin danışıqlarda iştirak edirdi, məsələnin nədən ibarət olduğunu çox gözəl bilirdi. Bu onu göstərir ki, rəsmi Yeravanda hakimiyyətdə kimin olmasından aslı olmayaraq, o hələ uzun müddət Rusiyanın maraqlarını nəzərə almalıdır. Yəni ki, hakimiyyətdə kimin olmasının elə bir önəmi yoxdur”.

Onun fikrincə, döyüşlər hər zaman qələbəyə aparmır. Amma döyüş dinc danışıqların aparılmasında stimula çevirlir.

Rauf Mirqədirov deyir ki, 2 aprel döyüşlərinin ilkin mərhələsində Azərbaycanın bu imkanı vardı. Lakin sonradan bunu da itirdi.

İlham Əliyevlə Nikol Pashinian-ınn son görüşü “konstruktiv və faydalı” kimi təqdim olunsa da, görüşlərdən sonra tərəflər bir-birlərini ittiham edən bəyanatlar yaymağa başladılar.

Görüşdən sonra Ermənistanın müdaifə naziri Davit Tonoyan Nyu Yorkda “yeni ərazilər üçün yeni müharibə” ifadəsi işlətdi. Azərbaycanın Xarici İşlər Nazirliyi bununla bağlı sərt bəyanat verdi.

Richard Giragosian: "Bu münaqişədə udan bir tərəf var. O da Rusiyadır"

Yerevandakı Regional Araşdırmalar Mərkəzinin rəhbəri Richard Giragosion martın 29-dakı görüşdən sonra baş verənləri təəssüflə izlədiyini bildidirir. Onun fikrincə, son olaylar Azərbaycan və Ermənistan liderlərinin görüşündən pozitiv gözləntiləri darmadağın etdi:

“Açıq görünür ki, Ermənistanın diplomatik strategiyası aqressivdir. Yəqin ki, bu aqressiya aprel döyüşlərinin 3-cü ildönümünə görədir. Amma biz müşahidə edirik ki, Azərbaycan öz diplomatiyasına daha çox vaxt və səbr yatırır. Mən rəsmi Yeravan və Bakı arasındakı son “söz müharibəsindən” təəssüflənirəm, amma buna təəccüblənmirəm”.

Richard Giragosian deyir ki, bu danışıqlardan real nəticə gözləmirdi. Onun fikrincə, bu münaqişədə udan bir tərəf var. O da Rusiyadır.

AzadlıqRadiosu Bakı sakinləri arasında da sorğu aparıb və son İlham Əliyev - Nikol Pashinian danışıqları ilə bağlı onların fikrilərini öyrənməyə çalışıb:

Bakı sakinləri Əliyevlə Paşinyanın görüşünün nəticələri haqda danışır
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

Qeyd edək ki, sülh danışıqlarına vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Vyana görüşündən sonra bu müzakirələri pozitiv, konstruktiv adlandırıblar.

Amma bu görüşdən sonra Ermənistanın müdafiə nazirinin Azərbaycana qarşı yeni işğal hədəsi, Azərbaycanın xarici işlər nazirliyinin buna sərt cavabı, eləcə də hər iki ölkədə qarşılıqlı ittihamlarla bağlı duruma hər hansı reaksiya verməyib.

Minsk Qrupuna Rusiya, ABŞ və Fransa həmsədrlik edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG