Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:45

Amnesty International-ın Türkiyə nümayəndələri məhkum edildilər


Taner Kılıc
Taner Kılıc

İstanbul məhkəməsi 4 insan haqları fəalını terrorizm ittihamı ilə uzun həbsxana cəzalarına məhkum edib.

Onların arasında Amnesty International insan haqları təşkilatı Türkiyə bölümünün iki keçmiş direktoru da var.

Məhkəmə daha 7 müttəhim barədə ittihamlara xitam verib.

Amnesty International məhkəmə hökmünü “insan haqlarına ağır zərbə” adlandırıb.

“Amnesty International Turkey” təşkilatının təsisçilərindən Taner Kılıc 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

O terrorçu təşkilat üzvü olmaqda ittiham olunurdu.

Amnesty International nümayəndəsi Andrew Gardner Twitter postunda yazıb:

“Bu dəhşətdir. Absurd iddialar, sübutsuz mühakimə və üç il davam edən məhkəmə…”

Prokurorlar iddia edirdilər ki, Kılıc ABŞ-da mühacir həyatı yaşayan müsəlman vaiz Fethullah Gülenin şəbəkəsi ilə bağlı olub.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Güleni 2016-cı il dövlət çevrilişi cəhdinin arxasında olmaqda ittiham edir.

Amnesty International Tükiyə qolunun direktoru İdil Eser də daxil daha üç nəfər “terroçu təşkilata kömək etdiyinə” görə 2 il azadlıqdan məhrim edilib.

Barələrində ittihamlara xitam verilənlər Almaniya vətəndaşı Peter Steudtner və İsveç vətəndaşı Ali Gharavi-dir.

Türkiyə ədliyyəsi üçün lakmus kağızı

Müttəhimlərdən 10 nəfəri 2017-ci ildə İstanbul yaxınlığındakı Büyükadada keçirilən rəqəmsal təhlükəsizlik kursunda iştirak edərkən həbs olunub.

Prokurorlar iddia edirlər ki, bu kurs qiyama və xaos yaradılmasına hazırlıq üçün pərdə olub.

Amnesty International bildirib ki, əsassız olaraq terrorizmdə ittiham edilən 11 nəfərin yalnız hamısının azad olunması ədalətin bərqərar edilməsi sayıla bilər.

Təşkilat bildirib ki, üç il davam edən məhkəmə prosesi tamamilə siyasi motivli olub və məqsədi müstəqil səslərin susdurulması idi:

“Bu iş Türkiyənin ədalət sistemi üçün bir növ lakmus kağızı idi…Biz bu rüsvayçı hökmdən apellyasiya verən dostlarımızı və həmkarlarımızı tək qoymayacağıq”.

Türkiyədə 2016-cı ildə baş tutmayan çevriliş cəhdindən indiyədək 80 min nəfər həbsxanaya atılıb, 150 min dövlət qulluqçusu və hərbçi işlərindən uzaqlaşdırılıb və 180 media qurumu bağlanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG