Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Türkiyə və Azərbaycan 'jurnalistlərin həbsini dayandırsın'


Stefan Schennach
Stefan Schennach

İllərdir Türkiyə və Azərbaycanda jurnalistlərin həbsinin qorxulu tendensiya kimi davam etməsi narahatlıq doğurur. Bu narahatlığı mayın 22-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) media azadlığı və jurnalistlərin təhlükəsizliyi üzrə Ümumi Məruzəçisini Stefan Schennach dilə gətirib.

AŞPA-nın son hesabatında Türkiyədə 95 jurnalistin həbsdə olduğu göstərilir ki, bu da regionda ən yüksək rəqəm sayılır. “Jurnalistlər qanunsuz olaraq saxlanır, barələrində həbs qətimkan tədbiri seçilir, işləri məhkəməyə çıxarılanadək aylarla, bəzən illərlə həbsdə qalırlar. Belə saxlamalar jurnalistlərin tənqidi yazılarına görə siyasiləşmiş şəkildə hədəfə alınmasıdır; ifadə azadlığı, jurnalistlərin azadlıq və təhlükəsizlik hüququ aşkar şəkildə pozulur”, – cənab Schennach deyib.

10 jurnalist

Bəyanatda Azərbaycanda 10 jurnalistin həbsdə olduğu, bir sıra jurnalistlərin qondarma ittihamlarla saxlandığı vurğulanır. “Yüksəliş naminə” qəzetinin baş redaktoru Elçin Məmmədin adı çəkilir, onun “zinət əşyası oğurladığına görə” həbs olunduğu bildirilir. Təqsirli bilinərsə, onu yeddi ilədək həbs cəzası gözləyir.

Məruzəçi daha sonra “Kanal24” internet televiziyası üçün çalışan İbrahim Vəzirovun, Reportyor.info-nun əməkdaşı Mirsahib Rahiloğlunun, 7gun.az portalının əməkdaşı Natiq İsbatovun müxtəlif ittihamlarla saxlanmasından söz açır.

“Türkiyə və Azərbaycandakı mövcud vəziyyət qəbuledilməzdir. Bu iki üzv ölkənin hər birində illərdir ifadə, media azadlığı pozulur. Bu səbəbdən Türkiyə və Azərbaycanı jurnalistlərə bu hücumları dərhal dayandırmağa, Avropa Şurasının standartlarına, təşkilatımızın təbliğ etdiyi dəyərlərə əməl etməyə çağırıram”, – Ümumi Məruzəçi deyib.

Azərbaycanda hakimiyyət təmsilçiləri isə ölkədə heç bir jurnalistin peşəsinə görə təqib olunmadığını, konkret cinayətə görə həbs edildiyini, təməl hüquq və azadlıqların qorunduğunu bildirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG