Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:36

Amerikalı neo-nasistin hazırda Rusiyada yaşadığı bildirilir


Ağdərili irqçilərin Virciniyadakı mitinqlərindən birində (Foto arxivdəndir)
Ağdərili irqçilərin Virciniyadakı mitinqlərindən birində (Foto arxivdəndir)

Media xəbərlərinə görə Birləşmiş Ştatlarda zorakı hücumlar planlaşdırdığı iddia olunan neo-nasist qrupa bağlı amerikalı hazırda Rusiyada yaşayır.

Guardian qəzeti və BBC yanvarın 24-də xəbər veriblər ki, bu şəxs özünü The Base (Baza) adlandıran qrupa liderlik edib və Norman Spear və Roman Wolf kimi qondarma adlarla tanınıb.

Xəbər verilir ki, onun əsl adı Rinaldo Nazzarodur və o 2018-ci ildə bir müddət Sankt Peterburqa köçüb.

Rusiyanın sosial mediaları və başqa açıq informasiya mənbələri bildirirlər ki, bu şəxs Sankt Peterburqda xaricilərə ingilis dili dərsi deyirmiş.

AzadlıqRadiosunun həmin şəxsin ingilis dili dərslərinin internet reklamlarındakı telefon nömrələrinə zəngləri cavabsız qalıb.

Rusiyalı qadınla evlənib

Rəsmi qeydiyyat sənədləri və başqa açıq mənbə mediaları göstərir ki, Rinaldo Nazzaro Vaşinqton yaxınlığındakı Nyu Cersidə və Nyu Yorkda yaşayıb.

Bəzi məlumatlara görə o, 2012-ci ildə rusiyalı qadınla evlənib.

ABŞ məhkəmələrinin sənədlərindən görünür ki, ağdərili irqçilərin qruplaşması sayılan Baza 2018-ci ildən məlum olub.

Bu qrup, bu ay ABŞ hüquq-mühafizə orqanları Merilenddə iki amerikalını və bir kanadalını həbs etdikdən sonra ictimai marağa səbəb olub.

Bu həbslər Virciniya ştatında silah hüquqlarının müdafiəsi üçün keçirilən yürüşdən iki gün əvvəl baş verib.

ABŞ federal məhkəmələrindən birinin sənədlərində deyilir ki, bu adamlar 19 yanvar yürüşündə zorakılıq törətməyə hazırlaşırdılar.

Sözü gedən aksiya zorakılıqsız başa çatıb.

ABŞ hakimiyyət orqanları ölkənin iki ştatında daha dörd nəfəri həbs edib.

Xəbər verilir ki, Nazarro öz qondarma adlarından istifadə edərək ağdərili iqrçlərin internet çatlarında fəal iştirak edir, hərbi təcrübəsi olanları öz qrupuna cəlb etməyə çalışırdı.

Bu internet saytı avqustun 19-na yaxın tarixdə dağılıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG