Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:11

Brauder: Rusiyalı agentlər Davosda əməliyyat planlaşdırırmış


Davos Congress Hotel -İsveçrə polisi
Davos Congress Hotel -İsveçrə polisi

İsveçrənin xüsusi xidməti 2019-cu ilin avqustunda, Beynəlxalq iqtisadi forumun keçirildiyi Davos şəhərində Rusiya kəşfiyyatçıları olmaqda şübhəli bilinən iki nəfəri saxlayıb.

Bu barədə, İsveçrənin “Tages-Anzeiger” nəşri yanvarın 21-də-Davosda keçirilən beynəlxalq iqtisadi forumun açılışı günü məlumat yayıb.

Nəşrin məlumatına görə, ölkınin təhlükəsizlik orqanları ötən ilin avqustinda ölkəyə gələn iki rusiyalıya göz qoyublar.

Onlardan biri santexnik olduğinu deyib. Rusiyalılar 3 əftə İsveçrədə qalmaq istəyirmişlər, amma konkret planları barədə bir şey deyə bilməyiblər və bu hakimiyyətdə şübhə doğurub. Bundan başqa onların üstündə diplomatik pasport olub.Bu faktı yerli polis də təsdiqləyib.

Nəşr yazır ki, Rusiya onların həbs olunacaqları halda, İsveçrəni diplomatik tədbirlərlə hədələyib.

Santexniklərdə diplomatik pasportların olmasına gəldikdə isə Rusiyanın İsveçrədəki səfirliyinin mərbuat katibi deyib ki, bu cür sənədlər təkcə Xarici işlər nazirliyinin əməkdaşlarına verilmir.

Qəzetin yazdığına görə, rusiyalılar bu ilin yanvarında Davosda keçirilən iqtisadi forum zamanı, qulaq asma əməliyyatı və haker hücumları planlaşdıra bilərmişlər.Amma sonda, onların casusluq fəaliyyəti sübut edilə bilmədiyindən, rusiyalılar buraxılblar.

Tanınmış maliyyəçi Uilyam Braudersə (William Browder) AzadlıqRadiosunun Rusiya xidmətinə deyirb ki, burda hədəf o imiş.

Brauder hesab edir ki, bu onun, rusiyalı hüquqşünas Sergei Magnitski-nin ölümü ilə bağlı istintaqa yönəlmiş fəaliyyəti ilə əlaqədar ola bilər.

“İsveçrə xüsusi xidmətinin əməkdaşları ötən cümə günü mənə təhlükə olduğunu və bunun Rusiyadan gəldiyini xbərdarlıq elədilər”,Brauder deyib.

Uilyam Brauder 2009-cu ildə Rusiyanın istintaq təcridxanasında müəmmalə şəkildə ölən Sergei Maqgnitskinin keçmiş işçisidir.

Magnitskinin ölümündın sonra, biznesmen ABŞ-da qəbul edilən “Maqnitski aktı” qanununun təşəbbüskarı olub.

Qeyd edək ki, ABŞ bu akta əsasən Rusiyada insan haqlarının pozulmasında əli olan şəxslərə qarşı sanksiyalar tətbiq edir.

Böyük Britaniyada da buna bənzər qanun qəbul edilib, öz növbəsində Avropa Birliyi hazırda bunun mümkünlüyünə baxır.

Uilyam Brauder Rusiyada qiyabi olaraq 9 il həbsə məhkum edilib.

O, vergidən yayınmaqda ittiham olunur.

Amma Brauder ittihamı rədd edir və bunun Rusiyada korrupsiya sixeminin üstünü açması ilə bağlı olduğunu deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG