Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyun, Bazar ertəsi, Bakı vaxtı 06:00

Trump-a qarşı aksiyalar başlayıb


Amerikada Trump əleyhinə aksiya, 2016

Vətəndaşlıq hüquqlarının müdafiə fəalları ABŞ-da ölkənin yeni prezidenti Donald Trump-ın andiçmə mərasimi əleyhinə mitinqlərə başlayıb.

Aksiyalar onun andiçmə mərasiminə, yanvarın 20-nə qədər davam edəcək.

Yanvarın 14-də bir neçə min insan Vaşinqtonda küçələrə çıxaraq Trump-ın gələcək siyasəti ilə razılaşmadığını, onun qadınlar, sosial azlıqlar və əcnəbilər barədə dediklərinə etiraz ediblər.

Aksiya iştirakçıları tələb edirlər ki, yeni adminstrasiya səhiyyə və cinayət məsələləri ilə bağlı, o cümlədən, imiqrasiya sahəsində islahatlara imkan verməsin.

Trump seçki kompaniyası zamanı bildirib ki, o, qanunsuz imiqrasiyanın qarşısınıalmaq üçün Meksika ilə ABŞ arasında divar tikəcək, Obamanın başlatdığı “Obamacare” tibbi sığortasını ləğv edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG