Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 22:48

Mehman Əliyev: 'Durum pisləşib, indi sanksiya məsələsi daha ciddidir' [video]


ABŞ-dan yeni sanksiya təklifi - Bakı nəyi dəyişə bilər?
Gözlə

No media source currently available

0:00 0:14:56 0:00

ABŞ-dan yeni sanksiya təklifi - bakı nəyi dəyişə bilər?

ABŞ Konqresinə Azərbaycan rəsmilərinə sanksiyalar istəyən qanun layihəsi təqdim edilib. "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev düşünür ki, öncəkilərdən fərqli olaraq, bu sənədin qəbulu real görünür. Millət vəkili Rövşən Rzayevsə əksinə düşünür ki, Washingtonla Bakının münasibəti yaxşıdır və belə bir qanunun qəbulu real deyil.

Hakim respublikaçılar partiyasından olan konqresmen Christopher Smith və demokrat konqresmen Jim McGovern sentyabrın 26-da Azərbaycanda qanunun aliliyi və insan haqlarına riayət edilməsinə dair qanun layihəsi təqdim ediblər. Smith-in rəsmi internet səhifəsində bu təşəbbüsə əsas olaraq yazılır ki, Azərbaycan rejimi insan haqları fəallarını, müstəqil jurnalistləri və dini liderləri susdurmaq üçün işgəncə, siyasi motivli cinayət ittihamları, qısnama, beynəlxalq adam oğurluğu və təhdidin başqa formalarından istifadəni davam etdirir.

Buna da bax:​ ABŞ konqresmenləri Azərbaycan rəsmilərinə sanksiyalar istəyən sənəd təqdim ediblər

Christopher Smith
Christopher Smith

ABŞ-ın Azərbaycana qarşı sanksiyaları "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin həbsindən sonra aktuallaşmışdı. Sentyabrın 7-də senator Richard Durbin-in Mehman Əliyevin həbsində iştirakı olan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiqi üçün təklif vermişdi.

İndi azadlıqda olan Mehman Əliyev deyir ki, konqresmen Smith-in təşəbbüsü əvvəlkilərdən xeyli fərlidir:

“Fərqi ondan ibarətdir ki, o vaxtlar hədələr vardı ki, sanksiyalar olacaq. Lakin müəyyən addımlarla bunun qarşısı alındı. Amma indi durum dəyişib. Qərb sanksiyaların tətbiqində daha israrlıdır. Onların gözləntiləri gerçəkləşmədi. Əksinə durum daha da pisləşdi. Ona görə də indi məsələ daha ciddidir”.

Buna da bax:​ Mehman Əliyev: 'İslahatlara nail olmaq lazımdır'

Amma Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu Komitəsinin sədr müavini Rövşən Rzayev vəziyyətin o qədər də ciddi olmadığını düşünür:

“Çünki daha böyük maraqlar var. Azərbaycan antiterror əməliyyatının etibarlı iştirakçısıdır. Azərbaycan enerji təhlükəsizliyində az da olsa amma mühüm rol oynayır”.

Rövşən Rzayev
Rövşən Rzayev

Rövşən Rzayev əlavə edir ki, Azərbaycan müstəqil ölkədir və heç bir ölkə onun daxili işinə qarışa bilməz.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanda insan haqlarının pozulmasına qarşı konkret tədbirlər görülməməsini elə daha çox enerji maraqları ilə izah edirlər.

Sentyabrın 9-da Parlamentin orqanı olan “Azərbaycan” qəzeti də yazırdı ki, ABŞ-ın Azərbaycana sanksiya kimi yanlış addımları əks tədbirlərlə nəticələnə bilər. Qəzet Bakının Əfqanıstanda NATO əməliyyatlarına dəstəkdən çıxa biləcəyini, hətta ölkənin strateji kursunun Qərbdən başqa istiqamətə dəyişə biləcəyinə işarə vururdu.

Buna da bax:​ Senator R.Durbin: ‘Mehman Əliyevin buraxılmasını alqışlayıram’

Amerikada yaşayan jurnalist Ələkbər Raufoğlu isə hesab edir ki belə hədələrlə Azərbaycan sanksiyaların qarşısını ala bilməz:

Ələkbər Raufoğlu
Ələkbər Raufoğlu

“Bu bir-iki nəfəri azadlığa buraxmaqla həll olunacaq məsələ deyil. Burada ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət hədəflərindən söhbət gedir. Azərbaycan hakimiyyəti gərək kardinal dəyişikliklər etsin. ABŞ-da qanun layihəsi şəklində təqib olunan narazı ABŞ rəsmilərini durumu düzəldəcəyinə inandıra bilməlidir. Fikir verin mən narahat ifadəsi işlətmədim. Artıq ABŞ rəsmiləri narahat yox, narazılardır”.

Ələkbər Raufoğlu hesab edir ki, yalnız Azərbaycan hakimiyyətinin insan haqlarının yaxşılaşdırılması istiqamətində ciddi addımları yeni sanksiya təşəbbüslərinin qarşısını ala bilər.

Buna da bax:​ Azərbaycan məmurlarına Amerika qadağası qoyula bilər [video]

Qanun layihəsi qəbul olunarsa, Azərbaycanda insan haqlarının pozulmasında iştirakçı olan rəsmilərə qarşı sanksiyalar qoyula bilər. Onlara viza qadağası qoyula, aktivləri və bank hesabları dondurula bilər.

Bəs, Bakı sakinləri necə fikirləşir. - Azərbaycanda insan haqlarını daha çox hansı məmurlar pozur.

ABŞ konqresmeni Christopher Smith deyib ki, bütün bu tədbirlər Azərbaycan hökumətindəki insan haqları pozucularının cəzasızlığına son qoymaq məqsədi güdür. Azərbaycan hökumətini bütün siyasi məhbusları və vicdan məhbuslarını azad etməyə və hesabatlılıq və demokratik dəyərlərə söykənən hakimiyyət üsul-idarəsi istəyənlərin hədəflənməsinə son qoymağa çağırır.

Buna da bax:​ Hikmət Hacızadə: 'Sanksiyalardan qorxdular' [şərhlər]

Azərbaycan rəsmiləri adətən ölkədə insan haqlarına dair tənqidləri rədd edir, ölkədə bütün azadlıqların tam təmin edildiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG