Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:05

Azərbaycan məmurlarına Amerika qadağası qoyula bilər [video]


ABŞ Azərbaycanda kimlərə sanskiya qoya bilər?
Gözlə

No media source currently available

0:00 0:14:46 0:00

ABŞ Azərbaycanda kimlərə sanskiya qoya bilər? [A-Live]

Bəzi Azərbaycan məmurlarına Amerika torpağına ayaq basmaq qadağan oluna bilərmi?

ABŞ senatoru Riçard Durbin təklif edib ki, “Turan” xəbər agentliyinin direktoru Mehman Əliyevin həbsində iştirakı olan Azərbaycan rəsmilərinə qarşı Amerikaya səfər qadağası qoyulsun.

Senator, sentyabrın 7-də belə bir sanksiya barədə qanuna düzəliş təqdim edib.

Buna da bax:​ AB Mehman Əliyevin həbsindən narahat olduğunu bildirib

Mehman Əliyev avqustun 24-də saxlanıb. Ona qarşı vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, qanunsuz sahibkarlıq ittihamları ilə cinayət işi açılıb, barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Əliyev hökumətinin tənqidçisi Richard Kauzlariç deyir ki, sanksiya təklifi onu göstərir ki, jurnalistin həbsi səbir kasasını daşdırdı:

Richard Kauzlarich
Richard Kauzlarich

"ABŞ-da gördülər ki, ölkədə qalmış yeganə müstəqil jurnalistə qarşı çıxmaq nə qədər qəddardır. Ayrı-ayrı QHT-lər, başqaları bu məsələni gündəmə gətirmək üçün xeyli iş gördülər. Mehman Əliyevin həbsi insanların səbir kasasını doldurdu. Belə bir təklifin olması yaxşı göstəricidir. Bu d deməkdir ki, ABŞ konqresi Azərbaycanda baş verənlərə daha çox önəm verməyə başlayıb. Bundan əvvəl Vaşinqton Post da tənqidi bir köşə yazısı yazıb. Onlar bunu son bir ildə davamlı şəkildə edirlər".

Buna da bax: ABŞ Senatında Azərbaycan rəsmilərinə qarşı sanksiyalar təklifi verildi

Keçmiş səfir deyir ki, bu təklifin Senatdan keçib keçməyəcəyi haqda indidən demək çətindir.

Senator Durbinin təklif etdiyi bu sanksiyanın senatdan keçməsi nə qədər realdır? Bu barədə "Amerikanın səsi"nin əməkdaşı Əzizə Göyüşzadə Vaşinqtondan xəbər verir

ABŞ-a sanksiya qoya bilərmi?
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

Bakıda, Milli Məclisin bitərəf üzvü Rövşən Rzayev deyir ki, bu təklifin Senatdan keçməyəcəyinə ümid edir. Onun sözlərinə görə, böyük dövlətlər, o cümlədən Amerika, Azərbaycan məcburi köçkünlərin hüquqlarına diqqət ayırmalıdırlar, Azərbaycanın daxili siyasətinə yox.

Buna da bax:​ Mehman Əliyevə təcridxanada yeni qadağalar qoyulub

Azerbaijan -- Rovshan Rzayev
Azerbaijan -- Rovshan Rzayev

Deputat deyir ki, BMT-nin Qarabağ münaqişəsi ilə bağlı qətnamələri kağız üzərində qalır:

"ABŞ Senatında niyə Azərbaycana qarşı belə bir münasibət olmalıdır axı?! Azərbaycan müstəqil, suveren dövlətdir. Azərbaycan öz problemlərini özü həll edir- ölkənin min bir problemi var, ərazisi işğal olunub, ABŞ da həmsədr ölkələrdən biridir, 25 ildir bir milyon insanın haqqı pozulub".

Rövşən Rzayev deyir ki, Azərbaycanın cavabını gözləmək üçün əvvəlcə ABŞ tərəfinin qərarını gözləmək lazımdır.

Siyasi şərhçi Zərdüşt Əlizadə isə deyir ki, Azərbaycan kiçik dövlətdir, onun ABŞ-a cavabı bu ölkə üçün nəyisə dəyişə bilməz.

Buna da bax:​ Fərhad Bədəlbəyli: 'Mehman Əliyev bandit deyil, qatil deyil'

Zərdüşt Əlizadə deyir ki, sanksiya yalnız Mehman Əliyevin barəsində qərar vermiş hakimi, müstəntiqi əhatə edəcəksə, o zaman təsiri sıfır olacaq, onun fikrincə, jurnalistin həbsi barədə qərarı daha yüksək səlahiyyətli məmurlar verib və sanksiya onları əhatə etməlidir:

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

“Azərbaycan hökuməti milyardlar xərcləyib ki, özünün hörmətli dövlət olduğunu dünyaya sübut etsin. Əgər belə bir sanksiya qoyularsa, deməli, bu pullar batıb. Baxın kimlərə sanksiya qoyulub - Koreya, Kuba, Rusiyaya, İrana qarşı. Biz hara gedirik? Ayətolların yanına. Raul Kastronun yanına”.

Zərdüşt Əlizadə deyir ki, əgər əsl sifarişçilər barədə sanksiya çıxarsa, onda jurnalisti nəinki azadlığa buraxacaqlar, onu təmtəraqla evinə aparacaqlar.

Buna da bax:​ WP: Azərbaycanda bəzi jurnalistlər pulsuz mənzil alır, bəziləri həbsxana kamerası

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına səsləyiblər. ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsini istəyib.

ABŞ Azərbaycanda demokratiya üçün nə edə bilər? [Sorğu]
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

Azərbaycan hakimiyyəti heç bir jurnalistin yazılarına və ictimai fəaliyyətinə görə həbs olunmadığını bildirir. Hələlik ABŞ senatında irəli sürülə səfər qadağası layihəsinə rəsmi Bakıdan hər hansı reaksiya səslənməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG