Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 19:37

AB Mehman Əliyevin həbsindən narahat olduğunu bildirib


Mehman Əliyev ev dustaqlığına buraxılmadı
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

Mehman Əliyev ev dustaqlığına buraxılmadı

«Biz təkidlə Azərbaycan hökumətini qanunun aliliyi ilə bağlı öz öhdəliklərinə əməl etməyə və Mehman Əliyevin ədalətli məhkəmə çəkişməsi hüququnu təmin etməyə səsləyirik. Bu öhdəliklərə hörmətlə yanaşılması demokratik cəmiyyətin əsasını təşkil edir».

Avropa Birliyinin (AB) «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyevin həbsi ilə bağlı bəyanatında belə yazılır. Qurum jurnalistin həbsindən dərin narahatlığını ifadə edib.

«Amerikanın səsi»nin xəbərinə görə, bəyanatı AB-nin nümayəndəsi ATƏT-in daimi iclasında açıqlayıb.

«Bundan öncə də AB Azərbaycanda azad fikrin ifadə edilməsi üçün məkanın daralmasından, jurnalistlərin və hüquq müdafiəçilərinin siyasi motivli həbslərindən narahatlığını bildirmişdi. Bu, mayın 12-də Bakı məhkəməsinin beş internet-KİV-in, o cümlədən onlayn-televiziya platformalarının bloklanması barədə qərarından sonra baş verir», - bəyanatda qeyd edilib.

AB xatırladır ki, 2015-ci ilin aprelindən indiyədək Avropa Şurasının jurnalistlərin təhlükəsizliyinə yardım platformasında Azərbaycanda KİV azadlığının məhdudlaşdırılması ilə bağlı 29 hal qeydə alınıb.

«Biz Azərbaycanı Mehman Əliyevin dərhal azadlığa buraxılmasını tələb edən beynəlxalq strukturlarla sıx əməkdaşlıq etməyə səsləyirik», - AB nümayəndəsinin bəyanatında deyilir.

XATIRLATMA

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək, onları siyasi motivli adlandırıb.

Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

Avqustun 31-i isə kollektiv bəyan edib ki, «Turan» İnformasiya Agentliyi kommersiya qurumu olaraq fəaliyyətini dayandırır. Ancaq «Turan»da çalışanlar sayt vasitəsilə fəaliyyətlərini könüllülük əsasında davam etdirirlər. Agentliyin əməkdaşları hələ də istintaqa çağırılmaqdadırlar.

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına səsləyiblər.

ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsini istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG