Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 05:53

Senator R.Durbin: ‘Mehman Əliyevin buraxılmasını alqışlayıram’


Senator Richard Durbin, 16 fevral, 2017

ABŞ senatoru Richard Durbin “Turan” İnformasiya Agentlıyinin direktoru Mehman Əliyev haqqında həbs qəti imkan tədbirinin ləğvini alqışlayıb.

“Azərbaycanda sonuncu müstəqil xəbərlər agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad olunmasını alqışlayıram”, – deyə tvitter səhifəsindəki şəxsi profilində yazıb.

Buna da bax:​ Mehman Əliyevlə bağlı daha bir şikayətə baxılıb

Senator daha sonra bunları yazıb:

“Ümid edirəm ki, bu addım bütün ittihamların götürülməsi və ev dustaqlığının bitməsilə başa çatacaq”.

Ötən həftə senator Richard Durbin ABŞ Senatına Mehman Əliyevlə bağlı düzəliş təklif etmişdi. Həmin düzəlişdə Mehman Əliyevin həbsində məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə sanksiyalar istənilirdi.

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək, onları siyasi motivli adlandırıb.

Buna da bax:​ Hikmət Hacızadə: 'Sanksiyalardan qorxdular' [şərhlər]

Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

Avqustun 31-i də kollektiv bəyan edib ki, «Turan» İnformasiya Agentliyi kommersiya qurumu olaraq fəaliyyətini dayandırır. Ancaq «Turan»da çalışanlar sayt vasitəsilə fəaliyyətlərini könüllülük əsasında davam etdirirlər.

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına səsləyiblər.

Buna da bax: Səməd Seyidov: ‘Mehman Əliyevin taleyi sıravi insan taleyi deyil’

ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsini istəyib.

Dünən sentyabrın 11-i isə prezident İ. Əliyevin “Turan” İnformasiya Agentliyinin direktoru barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılmasından ötrü aidiyyəti orqanlara tapşırıq verdiyi bildirildi. Elə həmin gün də məhkəmənin qərarı ilə Mehman Əliyev barəsində həbs qəti imkan tədbiri qərarı ləğv edildi.

Günün bütün mövzuları

XS
SM
MD
LG