Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 21:48

ABŞ-ın Rusiyaya qarşı tətbiq etmək istədiyi mümkün sanksiyaların siyahısı yayılıb


ABŞ - Apple Inc. Baş direktor Stiv Cobsun Rusiya prezidenti Dmitri Medvedevə (sol) iPhone 4 hədiyyəsi, 23 İyun 2010
ABŞ - Apple Inc. Baş direktor Stiv Cobsun Rusiya prezidenti Dmitri Medvedevə (sol) iPhone 4 hədiyyəsi, 23 İyun 2010

Mümkün sanksiyaların siyahısı eyni olsa da təfərrüatları bir qədər fərqlidir. Bu isə daha çox sanksiyaların yekun siyahısının hələ təsdiqlənməməsi ilə izah edilir. 

Amerika mediası ABŞ və onun müttəfiqləri ilə Rusiya arasında danışıqlar ərəfəsində - Amerika administrasiyasındakı mənbələrə istinadən - Ukraynaya qarşı genişmiqyaslı işğal halında Moskvaya qarşı tətbiq edilə biləcək mümkün sanksiyaların siyahısını dərc edir.

"New York Times", "Reuters", "AP", "Bloomberg" və digər nəşrlər tərəfindən dərc olunan mümkün sanksiyaların siyahısı eyni olsa da təfərrüatları bir qədər fərqlidir.

Bu isə daha çox mümkün sanksiyaların yekun siyahısının hələ təsdiqlənməməsi ilə izah edilir.

“New York Times” ın yazdığına görə, söhbət ABŞ-da istehsal olunan və ya hazırlanmış elektronikadan istifadə edilən istənilən istehlak mallarının Rusiyaya ixracına qoyula biləcək qadağadan gedir.

Bu mobil telefonlara, kompüterlərə və məişət texnikasına, o cümlədən Amerika komponentləri və ya proqram təminatından istifadə edilməklə üçüncü ölkələrdə istehsal olunan məhsullara da aid edilə bilər.

Söhbət həm də beynəlxalq pul köçürmələrinə aid olan Rusiyanın ən böyük maliyyə qurumlarına qarşı sanksiyalardan da gedir. Amma söhbətin bütün Rusiya bank sisteminin SWIFT sistemindən çıxarılmasından getdiyi aydın deyil.

Texnoloji sanksiyaların da nəzərdən keçirildiyini yazan "New York Times"-a görə, bu sanksiyalar aerokosmik və silahlar da daxil olmaqla, "Putinin sevimli sənayelərinə" qarşı yönələ bilər.

Hansı ki, bu tədbirlər Rusiya qırıcılarının, zenit-raket komplekslərinin, peyk əleyhinə müdafiə və kosmik sistemlərin istehsalına, həmçinin, məhdudiyyətlər süni intellekt və kvant hesablamaları kimi innovativ texnologiyalara təsir göstərə bilər.

"Reuters" isə yazır ki, ABŞ rəsmiləri Rusiyanı ən sərt ixrac məhdudiyyətləri olan ölkələr siyahısına əlavə etməyi düşünürlər. İndi belə ölkələr qrupuna Kuba, İran, Şimali Koreya və Suriya daxildir.

Bu halda söhbət Rusiyanın enerji resurslarının xaricə tədarükünə embarqodan gedir. Amma ABŞ-ın avropalı müttəfiqlərinin bu tədbirə necə reaksiya verə biləcəyi bəlli deyil.

ABŞ, o cümlədən prezident Co Bayden dəfələrlə bəyan edib ki, Ukraynaya genişmiqyaslı hücum olacağı təqdirdə Rusiya “görünməmiş” sanksiyalarla üzləşəcək. Moskva da etiraf edib ki, ABŞ bu barədə ona xəbərdarlıq edib.

Eyni zamanda konkret hansı sanksiyaların müzakirə oluna biləcəyi də rəsmən açıqlanmayıb. İndi Rusiyaya qarşı həm sektoral, həm də şəxsi sanksiyalar artıq qüvvədədir - Krımın ilhaqı, Ukraynanın şərqindəki separatçılara dəstək, ABŞ seçkilərinə müdaxilə, kiberhücumlar, kimyəvi silahdan istifadə iddiası.(Sergey, Skripal və Navalnıya sui-qəst cəhdləri ).

Amma bundan əvvəl ABŞ administrasiyası “Şimal axını 2” qaz kəmərinə qarşı sərt sanksiyalardan çəkinib.

“The New York Times” həmçinin yazır ki, amerikalı diplomatlar Rusiya-NATO Şurası və ATƏT arasında Cenevrədə baş tutacaq danışıqların tezliklə nəticəsiz başa çatacağından qorxurlar.

Onlar hesab olunur ki, Rusiya uğursuzluğa görə Qərb ölkələrini günahlandıracaq və təhlükəsizliyini təmin etmək bəhanəsi ilə Ukraynaya qarşı əməliyyatlara başlayacaq.

"Rusiya təxribat və ya insident törətsə, heç kəs təəccüblənməməlidir. Sonra da bundan hərbi müdaxiləyə haqq qazandırmaq üçün istifadə etməyə çalışır", - ABŞ dövlət katibi Entoni Blinken bildirib.

ABŞ-ın qorxusu Rusiya qoşunlarının Ukrayna ilə sərhəd yaxınlığında cəmləşməsi ilə bağlıdır.

Blinkenin fikrincə, Rusiyanın Ukrayna ilə hərbi əməkdaşlıqdan imtinanı ehtiva edən "təhlükəsizlik zəmanətləri" ilə bağlı ötən ay irəli sürdüyü tələblər həm də Ukraynaya qarşı növbəti zərbəyə haqq qazandırmaq üçün bir manevr rolunu oynaya bilər - çünki onun fikrincə, bir çox tələblər bilərəkdən həyata keçirilə bilməz.

“The New York Times” həmçinin yazır ki, ABŞ Ukraynanın və ya onun bir hissəsinin Rusiya tərəfindən işğalı halında Ukrayna döyüşçülərinin silahlandırılmasının hipotetik imkanını müzakirə edir.

Eyni zamanda, ABŞ və NATO nümayəndələri açıq şəkildə bildirdilər ki, Rusiyanın hücumu halında Ukrayna Qərbin birbaşa hərbi dəstəyinə arxalana bilməz.

ABŞ danışıqların ən azı məhdud uğur gətirə biləcəyinə və Rusiyanın aqressiyadan əl çəkəcəyinə ümid etdiyini bildirir - bu halda nəşrlərdən də göründüyü kimi, sərt sanksiyalar tətbiq edilməyəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG