Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 17:38

Keçmiş NATO başçısı: ‘Putinin blefini faş etməyin vaxtıdır’


NATO-nun keçmiş başkatibi Anders Foq Rasmussen
NATO-nun keçmiş başkatibi Anders Foq Rasmussen

Anders Foq Rasmussenin fikrincə Putin sülh istəsəydi, belə təkliflər verməzdi

"Mən NATO-nun baş katibi olan vaxtlarda Putinlə ilk görüşümüzdə o mənə dedi ki, NATO-nu dağıtmaq istəyir”.

Bunu NATO-nun keçmiş rəhbəri Anders Foq Rasmussen Politico saytında dərc olunmuş məqaləsində yazır.

Rasmussenin fikrincə əgər NATO müttəfiqləri Rusiyanın son təklifləri barədə danışıqlara getsələr, onda Moskvanın Mərkəzi və Şərqi Avropanın təhlükəsizliyi məsələsində ixtiyar sahibi olmaq niyyətinə birbaşa kömək etmiş olacaqlar:

“Rusiyanın yeni təkliflərinə görə NATO Mərkəzi və Şərqi Avropada qoşun yerləşdirmək üçün Moskvadan icazə almalı, Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada hər hansı “hərbi fəaliyyətdən” çəkinməli, Rusiya yaxınlığında hər hansı manevrləri dayandırmalı olacaq”.

Keçmiş NATO başçısı bunu da xatırladır ki, Rusiyanın təklif etdiyi razılaşma Ukraynanın NATO üzvü olmayacağına dair yazılı iltizam tələb edir və bu razılaşmaya görə NATO-ya Baltık və Qara dəniz bölgələrinə hərbi gəmi və ya təyyarələr göndərilmək qadağan edilir:

“Bu sülh istəyən adamdan gələn ciddi təklif sayıla bilməz. Rusiya buna əvvəllər də cəhd edib. 2009-cu ilin noyabrında NATO Avropa Təhlükəsizliyinə dair Müqavilənin Rusiya tərəfindən təklif olunmuş layihəsini rədd edib, çünki NATO-Rusiya münasibətləri artıq Qarşılıqlı Münasibətlərə dair 1997-ci ilin Təsis Aktı, ATƏT-in Avropa Təhlükəsizliyinə dair 1999-ci il Xartiyası və 2002-ci ilin Roma Bəyannaməsi kimi sənədlərlə əsaslı şəkildə tənzimlənirdi. Sonuncu sənəddə Rusiyanı NATO-Rusiya Şurası çərçivəsində dialoqa həvəsləndirmək üçün ona əhəmiyyətli güzəştlər edilmişdi”.

Özü yandırıb, özü söndürən Putin

Rasmussen yazır ki, Putin əvvəlcə böhran alovlandırıb sonra onu söndürməyin ustasıdır.

Keçmiş NATO başçısının fikrincə Putin Ukraynaya müdaxilə ilə hədələməklə ABŞ və Qərbi Şərqi Avropa və Baltikyanı ölkələrin başı üstündən birbaşa Kremllə danışıqlara cəlb etmək və sülhün müqabilində keçmiş sovet respublikaları üzərində nəzarətin ona verilməsinə nail olmağa çalışır:

“Putin pis kartlarla yaxşı oynamağı bacarır, amma onun taktikası yalnız bizim boyun əyəcəyimiz halda işləyə bilər. Məncə NATO-nun Putinin blefinə cavab verməsinin vaxtıdır”.

Rasmussen yazır ki, ABŞ və ya NATO gələcək genişlənməyə dair real və ya de facto heç bir öhdəlik götürməməldiirlər.

“Biz Gürcüstan və Ukraynaya vəd vermişik”

Keçmiş diplomat hesab edir ki, ATƏT-in 1999-cu il Xartiyası var və bu, hər bir iştirakçı dövlətə, hərbi alyanslar da daxil öz təhlükəsizliyini seçmək və təyin etmək hüququ verir:

“Bu həm də o deməkdir ki, biz Putinin bu ölkələrdə kiçikmiqyaslı münaqişələr yaratmaqla Ukrayna və Gürcüstanın Avroatlantika istəyi üzərində əldə etmiş olduğu de facto vetosuna son qoymalıyıq”.

Rasmussen yazır ki, “biz 2008-ci ildə Gürcüstan və Ukraynaya NATO-nun masasında yer vəd etmişik və indi bu vədlərin həyata keçirilməsi üçün hərəkət planı qurmalıyıq”.

Rasmussen təklif edir ki, qəbul prosesi zamanı Gürcüstan və Ukraynanın itirdikləri ərazilər nəzərə alınmaya bilər:

“Lazım gələrsə biz şərt qoymalıyıq ki, NATO Nizamnaməsinin 5-ci maddəsi yalnız Kiyev və Tbilisinin nəzarətində olan ərazilərə şamil ediləcək, amma NATO elə bir açıq qapılar siyasəti aparmaqda davam edə bilməz ki, Putinə orada qapıçılıq səlahiyyəti verilsin”.

Biden:Rusiya qonşusuna hücum etsə görünməmiş sanksiyalarla üzləşə bilər
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

“Putin Ukraynaya müdaxilə edəcəkmi? Bunu yalnız o bilir...”

Rasmussen məqaləsinə belə davam edir:

“Putin Ukraynaya müdaxilə edəcəkmi? Bunu yalnız o bilir. Amma əgər o bunu etsə, biz Ukraynaya əhəmiyyyətli hərbi yardın göndərməli və Rusiyaya qarşı, Şimal Axını 2 təbii qaz kəmərini ləğv etmək də daxil onun iqtisadiyyatını iflic edəcək sanksiyalar elan etməliyik”.

Rasmussenin fikrincə, Avropanın əksəriyyətindən fərqli olaraq döyüşlərdə bərkə-boşa düşmüş Ukrayna xalqı öz azadlığı uğrunda mübarizə aparmağa hazırdır.

O qeyd edir ki, təcavüzkarlar adətən öz qonşuluqları ilə kifayətlənmirlər.

Tapança lüləsi altında danışıqlar

Məqalədə deyilir ki, NATO sülh alyansıdır və Rusiya ilə də yalnız dinc əməkdaşlıq istəyir, amma Putinin davranışı bu əməkdaşlığı çətinləşdirib:

“Rusiya hətta 2014-cü ildə qaydalara əsaslanan beynəlxalq nizamı dağıdanda da biz dialoq axtarmışıq. Dialoq çox mühümdür, amma biz öz şərtlərimiz əsasında dialoq aparır, hədə və eksalasiya ilə danışıqları tanımırıq”.

Rasmussen yazır ki, NATO tapança lüləsinin altında danışıq apara bilməz:

“Əgər biz geri çəkilsək, bunun çox aydın və gur siqnalını həm bizə güvənən demokratiyalar, həm də bizim azadlığımıza xor baxan və ondan qorxan avtorkratlar eşidəcəklər”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG