Keçid linkləri

Təcili xəbərlər
2018, 28 May, Bazar ertəsi, Bakı vaxtı 11:49

ABŞ kəşfiyyatı 7 ölkədən gözlənən terrorla bağlı yetərli sübut tapmayıb


ABŞ Mərkızi Kəşfiyyat Agentliyinin bayrağı, Vaşington, 27 oktaybr 2015

ABŞ kəşfiyyatının ekspertləri prezident Donald Trump-ın müvəqqəti səyahət qadağası qoyduğu 7 müsəlman ölkəsinin heç birində terror təhlükəsi ilə bağlı yetərli sübut tapmayıb.

Bu barədə Associated Press xəbər verib.

Agentliyin əlinə keçən sənədin layihəsində göstərilir ki, səyahət qadağasının tətbiq edildiyi ölkələrin vətəndaşları “həqiqətə uyğun olmayan göstərici” əsasında potensial terrorçu kimi qiymətləndiriliblər.

Müvəqqəti səyahət qadağası qoyulan ölkələr İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəməndir.

Agentlik bu sənədlərə aydınlıq gətirilməsi üçün Milli Təhlükəsizlik orqanlarına müraciət etsə də, qurumdan şərh verməyiblər, yalnız onu deyiblər ki, araşdırma yekunlaşmayıb, hökumətin bütün kəşfiyyat mənbələrinin məlumatları tədqiq olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG