Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 20:36

Britaniya lordları ABŞ-ı Yaxın Şərqdə aparıcı qüvvə hesab etmədiklərini deyirlər


Britaniya parlamentinin yuxarı palatası bildirir ki, Birləşmiş Krallıq bundan sonra ABŞ-ın Yaxın Şərqdəki siyasətinə etimad göstərə bilməz və London İranla bağlanmış nüvə sazişinin qüvvədə saxlanması üçün Avropa ilə daha yaxın əməkdaşlıq edəcək.

Britaniya parlamenti lordlar palatasının beynəlxalq əlaqələr komitəsinin sədri David Howell-in mayın 2-də təqdim etdiyi hesabatda deyilir ki, “biz bundan sonra Amerikanın Qərbin yaxın Şərqlə münasibətlərində aparıcı rol oynayacağına ümid bəsləyə bilmərik”.

Komitənin hazırladığı sənəddə qeyd olunur ki, “ABŞ-ın yeni administrasiyası İran və Ərəb-İsrail münaqişəsi məsələlərində potensial baxımdan regionu daha da sabitsizləşdirə bilər”.

Hesabatda bildirilir: “ABŞ prezidenti qeyri-konstruktiv mövqe tutub və hətta münaqişənin qızışmasına səbəb ola bilər”.

İran və dünyanın 6 gücü arasında imzalanmış sazişə görə İran onun üzərindəki beynəlxalq sanksiyaların qaldırılması müqabilində özünün nüvə proqramını məhdudlaşdırmağa razılaşıb.

ABŞ prezidenti Donald Trump bundan əvvəl sözü gedən sazişi “indiyədək əldə edilmiş razılaşmaların ən pisi” adlandırmışdı.

ABŞ administrasiyası hazırda İrana qarşı sanksiyaların qaldırılmasının davam etdirilməsinin zərurəti məsələsinə yenidən baxır.

Britaniya lordlarının hesabatında deyilir ki, əksinə, Britaniya Avropa İttifaqından çıxdıqdan sonra İranla ticarəti özü üçün prioritet etməlidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG