Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:52

Kreditorlar banklardakı dollarlarını geri çəkərsə...


"Azərbaycan icarəyə verilir". Karikatura. Gündüz Ağayev.
"Azərbaycan icarəyə verilir". Karikatura. Gündüz Ağayev.

Kreditorlar öz vəsaitlərini geri istəsələr, bankların sərəncamındakı vəsait tələbatı tam şəkildə qarşılamağa yetməyə bilər.

Bu ilin mayından bəri Azərbaycandakı kommersiya banklarının xarici valyuta öhdəlikləri onların xarici valyutada yerləşdirilmiş aktivlərini yenidən üstələməyə başlayıb. Kreditorlar öz vəsaitlərini geri istəsələr, bankların sərəncamındakı vəsait tələbatı tam şəkildə qarşılamağa yetməyə bilər.

Buna da bax:​ Ləğv edilmiş banklarda ən çox itirən kimlərdir?

Xarici valyuta aktivləri «əriyib»

Azərbaycan Mərkəzi Bankının (AMB-nin) hesabatına görə, bu il noyabrın 1-nə kommersiya banklarının xalis valyuta balansı ayboyu 2,4 faiz artaraq, manat ifadəsində mənfi 2 milyard 692,3 milyon manata çatmışdı. Bir il əvvəllə müqayisədə isə bankların xarici valyuta ödənişləri daha ciddi həcmdə - 2 dəfə böyüyüb. Kommersiya banklarının valyuta öhdəlikləri ötən il noyabrın əvvəlinə nisbətdə 86 milyon manat artıb. Di gəl, eyni dövrdə xarici valyuta aktivləri 1 milyard 67 milyon manat «əriyib».

Buna da bax: Ekspert: «Banklar əhalinin başına oyun açmaqdan əl çəkmək istəmirlər»

Ekspert: «Bu, təhlükəli meyl ola bilər»

İqtisadçı Cəbrayıl Vəliyevin fikrincə, aktivlərin öhdəlik və ya borclardan bir neçə dəfə az olması təhlükəli meyldir. Burada önəmli olan qısa və uzunmüddətli öhdəliklərin nisbətidir:

«Xarici valyuta öhdəlikləri uzunmüddətli deyilsə, bu, bankları «dar boğaza» sala və təhlükəyə ata bilər. Üstəlik, aktivlərin özü «zəhərlidirsə» (problemli kreditlər nəzərdə tutulur – red.), daha pis. Aktivlərin gətirdiyi gəlir bankın öhdəlikləri üçün ödəniləcək faizi qarşılayırsa, demək, onun ödəmə qabiliyyəti normaldır. Bunun əksi bankın təhlükəli zolağa düşməsindən xəbər verir».

Buna da bax:​ Kredit borcunu ödəməyənlərin cəzası

AMB xarici valyuta öhdəliklərinin qısa və uzunmüddətli dövr üzrə strukturunu, eləcə də xaricdən cəlb olunan vəsaitlərin həcmini açıqlamır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG