Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:38

Kredit borcunu ödəməyənlərin cəzası


Foto illüstrasiya/Shutterstock
Foto illüstrasiya/Shutterstock

.

Parlament kreditor borclarını ödəməkdən qəsdən yayınmaya görə cərimələri artırıb.

Mayın 6-da Milli Məclisin iclasında bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilib.

APA-nın xəbərinə görə, dəyişiklik təşkilat rəhbəri və ya vətəndaşın kreditor borclarını ödəməkdən qəsdən yayınmasının daha ağır formada cəzalandırılmasını nəzərdə tutur.

İndiyədək cinayət qanunvericiliyi buna görə aşağıdakı cəzaları nəzərdə tutub:

- üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə. Bu olmadıqda, ziyanın iki misli miqdarında cərimə, bir ilədək islah işləri və ya üç ilədək həbs;

- külli miqdarda ziyan vurulduqda üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə. Bu edilmədikdə, ziyanın üç misli cərimə, iki ilədək islah işləri və ya üç ildən beş ilədək həbs.

Yeni qəbul edilən variantda sözügedən cinayət əməlinin törədilməsinə görə cərimələrin məbləğinin artırılması nəzərdə tutulur. Bundan sonra cərimə ziyanın iki mislindən dörd mislinə və üç mislindən beş mislinə çıxarılacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG