Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:56

Əli Kərimli: 'Axırıncı dəfə 8 il əvvəl İctimai Televiziyaya çıxmışam' (video)


İTV-nin Yayım Şurasının sədri: "Müxalifət bəlkə efirə özü gəlmək istəmir"
Gözlə

No media source currently available

0:00 0:15:07 0:00

İTV-nin Yayım Şurasının sədri: "Müxalifət yəqin efirə özü gəlmək istəmir" [A-Live]

Azərbaycanın ictimai televiziyası öz vəzifəsinin öhdəsindən gələ bilirmi?

Bu sual ona görə gündəmə gəlir ki, televiziyanın Yayım Şurasına yeni direktor təyin olunub. 61 yaşlı Muxtar İmanov folklorşünaslıq sahəsində tanınmış alimdir, Elmlər Akademiyasının Folklor İnstitutunun direktorudur.

O, altı idi ki, Yayım Şurasının üzvü idi.

Yeni direktor televiziyaya hansı yeniliklər gətirə bilər? Bunu Muxtar İmanovun özündən soruşmuşuq.

Buna da bax:​ İTV-nin Yayım Şurasına yeni sədr seçilib

Amma əvvəlcə görək media üzrə hüquqşünas Xalid Ağalıyev ictimai televiziyanın proqramları haqda nə deyir.

Xalid Ağaliyev
Xalid Ağaliyev

O hesab edir ki, bu televiziya qanunla üzərinə düşən vəzifələri yerinə yetirmir:

“İctimai Televiziya fərqli televiziya olmalıdır. Bu, qanunun tələbidir. Hazırda isə biz bu televiziyanı izləsək, ölkədə heç bir problemin olmadığını müşahidə edəcəyik. Bütün sahələrdə inkişafın baş verdiyini müşahidə edəcəyik. Amma televiziyanı söndürüb real həyata qayıtsaq, bunun əksini görəcəyik. İctimai televiziya həm də bütün siyasi rənglərə efir verməlidir. Bütün siyasi qrupların fikirlərinin ictimaiyyətə çatdırılması üçün bir vasitə olmalıdır”.

Buna da bax:​ "Ictimai televiziya dövlət televiziyasının bir kanalı kimi işləyir"

Xalid Ağalıyev deyir ki, ictimai etirazları, narazılıqları ictimaiyyətə çatdırmaq elə ictimai televiziyanın üzərinə düşən vəzifədir. Amma televiziyada bu etirazlar görünmür.

Biz Bakı sakinlərindən soruşmuşuq ki, onların fikrincə, ictimai televiziya fərqli fikirləri nə qədər əks etdirə bilir?

İTV-də hansı verilişə baxırsız?
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

Bu il dövlət büdcəsindən İctimai Televiziyanın saxlanmasına təqribən 11 milyon manat vəsait ayrılıb.

Yeni direktor Muxtar İmanov AzadlıqRadiosu-na müsahibəsində deyir ki, İctimai Televiziyanın işində ciddi dəyişikliyə ehtiyac yoxdur:

Mukhtar imanov, Chairman of the Council of Public TV Broadcasting (ITV)
Mukhtar imanov, Chairman of the Council of Public TV Broadcasting (ITV)

“Vallah ictimai televiziya ilə bağlı mənim yenilik gətirmək fikrim yoxdur, məsələni elə qoymaq düz deyil. Sadəcə, ictimai televiziya yaranandan bəri, yəni, 12 il ərzində Yayım Şurasının böyük təcrübəsi var. Onun altı ilində mən də iştirak etmişəm. Şahidiyəm ki, Yayım Şurasının təcrübəsindən indi çox səmərəli şəkildə istifadə etmək olar. Mənim birinci niyyətim o kollektivlə birlikdə əldə etdiyim təcrübədən səmərəli istifadə etməkdir”.

Buna da bax:​ Parlamentdə qaçaq kabel kanalları söhbəti

İctimai televiziyada müxalifətin təmsil olunmaması barədə iddialara gəlincə, Muxtar İmanov deyir ki, bu telekanalda “Müzakirə vaxtı”, “Aktual mövzu” kimi verilişlər var. Bəs müxalifət partiyaları liderlərinin bu verilişə çıxması necə? Muxtar İmanov deyir ki, ola bilsin ki, onlar özləri istəmirlər, bəlkə maraqları yoxdur, üstəlik, Yayım Şurası müxbirə göstəriş verə bilməz ki, hansı qonağı çağırsın. Yayım Şurasının yeni sədri deyir ki, “Bu, teleradionun işinə müdaxilə etmək olardı”.

Xalq Cəbhəsinin sədri Əli Kərimli isə deyir ki, axırıncı dəfə 8 il əvvəl, referendum vaxtı İctimai Televiziyaya çıxıb. Partiya sədri hesab edir ki, İctimai Televiziya hökumətin nəzarətindədir və hökuməti təbliğ edir:

Əli Kərimli
Əli Kərimli

“Hətta saytlara dözümləri yoxdur. Bilirsiz ki, ölkədə kifayət qədər tirajlı olan Azadlıq qəzetinin, AzadlıqRadiosu-nun saytları və Meydan TV -nin saytı rəsmən bloklanıb bu ölkədə. Belə bir vaxta kimin ictimai televiziyaya sədr olması, onun hansı açıqlama verməsi nəyi dəyişə bilər ki? Bu, dövlətə rəhbərlik edən şəxslərin rəsmi mövqeyidir ki, Azərbaycanda azad söz olmasın”.

Buna da bax:​ Delta Telecom 'saytlara hücumların təşkili' bizlik deyil deyir...

İctimai Televiziya 2005-ci ildə Azərbaycanın Avropa Şurasının götürdüyü öhdəliklər əsasında yaradılıb.

Azərbaycanın hökumət rəsmiləri ölkədə azad medianın sıxışdırılması barədə deyilənləri qəbul etmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG