Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 19:49

"Ictimai televiziya dövlət televiziyasının bir kanalı kimi işləyir"


arxiv
arxiv

Azərbaycan Milli Məclis İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlər seçib.

Mətbuat Şurası tərəfindən Azər Həsrət və Yadigar Məmmədlinin, Milli Elmlər Akademiyası tərəfindən Muxtar İmanovun, Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən isə Həsən Cəfərov və Əli Cəfərovun namiəzdliyi irəli sürülüb.

Səsvermə nəticəsində Azər Həsrət, Muxtar İmanov və Həsən Cəfərov Yayım Şurasına üzv seçiliblər.

Azərbaycanda ictimai televiziya ictimai fəaliyyət göstərirmi? Cəmiyyətdəki ən müxtəlif maraq və mövqeləri əks etdirə bilirmi? Və ya fərqli fikirlərə yer verə bilirmi? İctimai televiziyanın öz adına uyğun fəaliyyət göstərməsi üçün nə çatışmır və ya nələrə ehtyac var?

Media məsələləri üzrə ekspert Ələsgər Məmmədlinin sözlərinə görə İctimai Televiziya öz profilindən çoxdan uzaqlaşıb. Ekspert deyir ki, televiziya ilk yarandığı vaxt cəmiyyətdə müxtəlif gözləntilər var idi və həmin vaxtlar profilinə uyğun fəaliyyət göstərməsinə yönəlik cəhdlər də hiss olunurdu.

Ələsgər Məmmədli qeyd edir ki, son illərə baxdıqda isə İctimai Televiziyanın dövlət televiziyasının bir kanalı kimi fəaliyyət göstərdiyinin şahidi oluruq. Ekspertin fikrincə son illər həmin televiziya cəmiyyətdə bütün tərəflərin mövqelərini işıqlandırmaq, fərqli fikirlərə yer vermək missiyasını tamamilə unudaraq, təktərəfli verilişlər yayımlayır. Ələsgər Məmmədlinin sözlərinə görə İctimai Televiziyanın efiri fikir plüralizminə, cəmiyyətin alternativ fikirlərinə qapalıdır.

Ələsgər Məmmədli: "Öz profilindən çoxdan uzaqlaşıb"
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00
Direct-ə keçid

Ekspert, telejurnalist Qulu Məhərrəmli dünya təcrübəsini misal çəkir. Onun sözlərinə görə dünyada BBC kimi, ZDF kimi ictimai televiziyalardan Azərbaycanda bu missiyanı boynuna götürən İctimai Televiziya nümunə götürməlidir. Qulu Məhərrəmli deyir ki, İctimai Televiziya Azərbaycanda fəaliyyət göstərən digər televiziyalardan fərqlənə bilmir. Hətta ekspert qeyd edir ki, həmin televiziya İctimai Televiziya haqqında qanuna uyğun fəliyyət göstərmir.

Qulu Məhərrəmli fikrincə İctimai televiziya cəmiyyəti ifadə etməli, demokratik dəyərləri təbliğ etməli, fərqli baxışları və fikir plüralizminə yer verməli idi. Amma ekspert təəssüflənir ki, cəmiyyət həmin televiziyanın fəaliyyətində bunları görə bilmir. Qulu Məhərrəmli vurğulayır ki, həmin televiziyanın adı İctimai olsa da, onun fəaliyyət istiqaməti və mahiyyəti ictimai deyil.

Qulu Məhərrəmli: "digər televiziyalardan fərqlənə bilmir"
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00
Direct-ə keçid

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü Azər Həsrət isə qeyd edir ki, İctimai televiziya fəaliyyət göstərdiyi 12 il ərzində qabaqcıl təcrübəyə malik ölkələrdəki ictimai yayımlarla müqayisədə xeyli yol qət edə bilib. Onun sözlərinə görə İctimai televiziya qarşısına qoyduğu məqsədlərə nail ola bilib.

Azər Həsrət bildirir ki, müəyyən çatışmazlıqlar, qüsurlar olsa da onlar zamanla aradan qaldırılacaq. Yayım şurasının üzvü deyir ki, ümumi götürəndə demək olar ki, Azərbaycanda bu televiziyanın timsalında ictimai yayım baş tutub və geniş spektli məsələləri əhatə edir.

Azər Həsrət: "12 ildə xeyli yol gəlib"
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00
Direct-ə keçid

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG