Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 14:58

Parlamentdə qaçaq kabel kanalları söhbəti


Arxiv fotosu (©Shutterstock)

Bu gün, aprelin 5-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib. İclasda “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin müzakirəsi aparılıb.

Komitə sədri Rafael Hüseynov qeyd edib ki, Azərbaycanda 17 kabel yayımçısı fəaliyyət göstərir. Amma bu sahədə sui-istifadə halları var və bu sahəni tənzimləyən ayrıca bir qanun qəbul edilməlidir.

Milli Televiziya və Yayım Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli isə bildirib ki, çoxmərtəbəli binaların əksəriyyətində qanunsuz kabel yayımı ilə məşğul olan şəxslər var. Yeni qanunun məqsədi bunla mübarizə aparmaqdır.

Buna da bax:​ Teleradio Şurası 'analoq yayım' qərarını dəyişdi

"Bununla bağlı hüquq-mühafizə orqanlarına, Vergilər Nazirliyə müraciət etmişik, amma nəticə yoxdur. Bizim də ayrı-ayrılıqda hər bir evə girmək səlahiyyətimiz yoxdur. Amma bu qurumlar bu işin öhdəsindən gələ bilərlər", deyə Məhərrəmli bildirib.

O, "NTV+" televiziya kanalının Azərbaycanda qeyri-qanuni yayımlandığını xatırladıb.

“Biz bu məsələ ilə bağlı məhkəməyə və aidiyyəti quruma müraciət etsək də, kanalın yayımı kabel şəbəkəsində davam etdirilir”, deyə o bildirib.

Buna da bax:​ FOX TV-nin yayımını dayandırmaq istehlakçı hüquqlarını pozmurmu?

Xarici telekanalların yayımladığı reklamlara toxunan MTRŞ rəhbəri bunun yerli reklam bazarına birbaşa ziyan vurduğunu deyib. Buna görə də kabel şəbəkəsi ilə yayımlanan xarici kanalların reklamının məhdudlaşdırılacağını qeyd edib.

Məhərrəmlinin sözlərinə görə, Azərbaycanda kabel yayımı ilə məşğul olan 17 fiziki və hüquqi şəxs var. Bundan başqa, internet vasitəsilə də 15 şəxs yayım həyata keçirir. var.

Müzakirələrin yekunlarına görə, qanun layihəsi baxılmaqdan ötrü Milli Məclisə təqdim edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG