Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:44

FOX TV-nin yayımını dayandırmaq istehlakçı hüquqlarını pozmurmu?


FOX TV
FOX TV

Fevralın 22-dən Azərbaycanda Türkiyənin "FOX Türk" telekanalının yayımı dayandırılıb. Ölkədəki kabel televiziyaları həmin kanalın yerinə başqa kanalları yayıma buraxıblar.

Fevralın 21-də FOX kanalının xəbərlər proqramında Fatih Portakalın təqdimatında Azərbaycan prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyevanı birinci vitse-prezident təyin etməsi ilə bağlı tənqidi süjet efirə verilmişdi.

Kanalın yayımı dayandırıldıqdan sonra ölkədə fəaliyyət göstərən kabel televiziyaları yerli mediaya verdikləri açıqlamalarda bunun səbəbini aydın göstərmədilər. Belə ki, "KATV1” kabel televiziyası bunun səbəbi kimi “müəyyən səbəbləri”, «ATV+» kabel televiziyası texniki səbəbləri əsas gətirdilər. «Ailə TV» isə bu addımı Milli Televiziya və Radio Şurasının qərarı ilə atdığını bəyan etdi.

Milli Televiziya və Radio Şurasının sədrinin müavini Qafar Cəbiyev AzadlıqRadiosuna müsahibəsində deyib ki, kabel televiziyası istənilən vaxt paketdə dəyişiklik edə bilər. “Bu onların ixtiyarındadır. Onun daimi öhdəliyi yoxdur ki, həmin kanalı həmişə yayımlasın. Görər ki, bu kanal ona xeyir gətirmir, onda başqa sərfəli kanalı öz paketinə daxil edər. Burda Şuralıq bir şey yoxdur”.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov isə fevralın 23-də Toplum.tv-yə “FOX Türk” kanalının Azərbaycan Respublikasına qarşı olan qərəzli mövqeyinə görə yayımının dayandırıldığını etiraf edib:

” Bu telekanalın yayım səbətindən çıxarılmasının əsası da Azərbaycan Respublikasına qarşı daimi olaraq böhtan xarakterli, qərəzli məlumatlar yaymasıdır. Mütəmadi olaraq yayıldıqda, yaxud da proqrama verilmiş tələblər pozulduqda həmin kanal qadağan olunan kanallar siyahısına daxil edilir. ''Televiziya və radio yayımı haqqında'' Qanunun 32-ci maddəsində proqrama verilmiş tələblər sadalanır və maddədə proqramın əsas tələbi kimi televiziyanın qərəzli olmaması göstərilir. Əgər televiziya hər hansı qərəzli mövqe nümayiş etdirirsə, qanunun tələbini pozmuş olur. Ermənipərəst mövqe nümayiş etdirən kanallar da o siyahıya daxil edilib. Həmin sıyahı da şuranın internet səhifəsində Teleradio yayımı bölməsinin kabel şəbəkəsi yayımı yarımbölməsində yerləşdirilib”.

FOX TV-dən bir müddət əvvəl Azərbaycanı tənqid etdiyinə görə Türkiyənin Kanal D kanalının da yayımı dayandırılmışdı. Vətəndaş kabel televiziyalarının təklif etdiyi paketlərə müqaviləli formada ödənişli əsaslarla baxa bilir. Heç bir xəbərdarlıq olunmadan hansısa telekanalın kabel televiziyalarından çıxarılması istehlakçı hüququnun pozulması deyilmi? Bu onların həm də sərbəst məlumat almaq azadlığını pozmurmu? Azərbaycan tamaşaçısı öz hüquqlarını necə bərpa edə bilər?

Hüquqşünas, media məsələləri üzrə ekspert Ələsgər Məmmədli deyir ki, kanalın Azərbaycanda yayımının dayandırılması MTRŞ-nın atdığı qanunsuz addımlardan biridir. Hüquqşünas deyir ki, rəsmi olaraq MTRŞ-nın kabeldə yayımlanacaq kanalların kateqoriyasını müəyyən etmək hüququ verilməyib. Onun sözlərinə görə MTRŞ-nın bunu tənzimləmək istəyi qanunsuzdur.

Ələsgər Məmmədli həmçinin bildirir ki, vətəndaşların istənilən məlumata çıxış imkanı qanunla qorunmalıdır. Ekspertin sözlərinə görə buna müdaxilə ifadə azadlığının pozulmasıdır. Hüquqşünas deyir ki, kabel televiziyalarının abunəçiləri məhkəməyə müraciət edərək kompensasiya tələb edə bilərlər.

Ələsgər Məmmədli: "istənilən məlumata çıxış imkanı qanunla qorunmalıdır"
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00
Direct-ə keçid

Hüquqşünas, media məsələləri üzrə ekspert Xalid Ağəliyev qeyd edir ki, insanlar davamlı olaraq informasiya əldə etdikləri mənbələrdən birini itirirlərsə, burda ilk növbədə ifadə azadlığının pozulması məsələsi gündəmə gəlir. Onun sözlərinə görə burda ifadə azadlığının öz rəyində qalmaq komponenti pozulur. Yəni tənqidi fikir yayımlayan kanalların bağlanması insanları birtərəfli informasiya almaq təbliğatına məruz qoyur.

Ekspert deyir ki, ilk növbədə kabel televiziyaları özləri maraqlı olmalıdırlar ki, auditoriyalarını itirməsinlər. Onun sözlərinə görə normal vəziyyətdə kabel televiziyaları özləri MTRŞ-ya bununla bağlı iddia qaldıra bilərdilər. Amma indiki halda bu iddianı vətəndaşlar qaldırıb məhkəmədə mübahisələndirə bilərlər.

Xalid Ağəliyev: "ifadə azadlığı pozulur"
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00
Direct-ə keçid

Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, istehlakçı hüquqlarından biri də informasiya almaq hüququdur. Eyyub Hüseynov bildirir ki, həmin kanalın daimi izləyiciləri məhkəməyə müraciət edə bilərlər.

Eyyub Hüseynov:" istehlakçı hüquqlarından biri də informasiya almaq hüququdur"
Gözlə

No media source currently available

0:00 0:00:26 0:00
Direct-ə keçid

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG