Aprelin 10-da Rusiyanın müxalifət lideri Aleksei Navalny-nin azadlığa çıxması gözlənir.
Navalny martın 27-də - Moskvanın mərkəzindəki antikorrupsiya mitinqindən bir gün sonra təşkilatçı kimi həbs olunmuşdu.
Hökumət bildirir ki, mitinqin keçirilməsi razılaşdırılmayıb və buna görə də ictimai qaydalar pozulub.
Martın 26-da on minlərlə insan Rusiyanın onlarla şəhərində hökumətə qarşı etiraz mitinqi keçirib. Təkcə Moskvadakı mitinqdə min nəfərin saxlandığı bildirilir.
President Vladimir Putinin əsas tənqidçilərindən olan Navalny 2018-ci il prezident seçkilərinə namizədliyini irəli sürməkdə iddialıdır.