Keçid linkləri

Təcili xəbərlər
2019, 22 May, çərşənbə, Bakı vaxtı 21:44

AKP-nin İstanbulda bütün səslərin təkrar sayılması ricası rədd edildi


Ankarada CHP tərəfdarları

Türkiyənin Ali Seçki Şurası aprelin 9-da hakim AKP-nin İstanbulun 31 rayonunda bütün səslərin yenidən sayılması ricasını rədd edib.

Beləliklə, Erdoğan partiyasının Türkiyənin ən böyük şəhərində bələdiyyə seçkilərinin nəticələrini mübahisələndirmək cəhdi boşa çıxıb.

Erdoğan aprelin 8-də bəyan etmişdi ki, İstanbulda keçirilən bələdiyyə seçkiləri “mütəşəkkil cinayətkarlıq” vasitəsilə saxtalaşdırılıb.

Reuters yazır ki, siyasi təhlilçilər bunu İstanbulda seçki nəticələrinin ümumiyyətlə ləğv olunmasına ilk cəhd kimi qiymətləndiriblər.

Türkiyə prezidentinin bu bəyanatından sonra milli valyuta lirənin məzənnəsi və birja səhmlərinin qiymətləri enib.

AKP seçki şurasının nümayəndəsi Recep Özel Mərkəzi Seçki Komissiyasının iclasından sonra bildirib ki, seçki rəsmiləri İstanbulun 39 rayonundan yalnız 21-də və yalnız 52 seçki qutusundakı səslərin yenidən sayılmasına qərar verib.

AKP habelə İstanbulun iri rayonlarından olan Büyükçekmece bölgəsində səslərin yenidən sayılmasını istəmişdi.

Ali Seçki Şurası bu məsələyə daha sonra baxılacağını bildirib.

Yenə də Fethullah Gülen?

Erdoğanın AKP partiyası artıq paytaxt Ankarada bələdiyyə seçkisini müxalif Cümhuriyyət Xalq Partiyasına (CHP) uduzub.

AKP bu şəhərdə də bir neçə mərhələdə rəsmi şikayətlərlə müraciət etmişdi.

Reuters agentliyi yazır ki, AKP-nin 25 illik hakimiyyətdən sonra ölkənin iki böyük şəhərində seçki məğlubiyyəti hökumətə böyük zərbə olub.

Erdoğanın özü 1990-cı illərdə siyasətin zirvəsinə İstanbul meri kimi yüksəlmişdi.

Erdoğan iddia edir ki, 10 milyon seçicisi olan bir şəhərdə iki əsas namizəd arasında 15 min səs fərqi həlledici sayıla bilməz.

Bu arada Bloomberg yazır ki, AKP sədrinin müavini Ali Ihsan Yavuz İstanbul seçkisinə Fethullah Gülenin müdaxilə edə biləcəyi barədə iddia irəli sürüb.

Müxalifət bəyan edir ki, təkrar sayılması nəzərdə tutulan qutularda AKP-ni məğlubiyyətdən xilas edəcək qədər bülleten yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG