Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 08:00

Erdogan-ı ‘hörmətdən salan’ seçki – Qərb mediası


AKP tərəfdarları

“The Economist” Türkiyədə 31 mart bələdiyyə seçkisinin Prezident Recep Tayyip Erdogan və hökumətinə vurduğu zərbədən yazır. Seçkinin ümumi nəticəsi Erdogan-ın hakim AK partiyasının xeyrinə olsa da, İstanbul və paytaxt Ankara daxil beş böyük şəhərdə acı məğlubiyyət yaşadı.

Böyüdüyü və 20 il öncə başqan olduğu İstanbulda ana müxalifət CHP-nin namizədi Ekrem Imamoglu qalib gəldiyini bildirir, ancaq hazırda səslərin yenidən sayılması prosesi gedir. Dərgi istənilən halda, keçmiş baş nazir Binali Yildirim-la yaranmış ziddiyyətli durumun onun xeyrinə bitəcəyini inandırıcı saymır.

CHP tərəfdarları
CHP tərəfdarları

“Bu seçki cənab Erdogan-a ağır zərbə vurdu. Türkiyənin birinci vəzifəli şəxsi kimi əlində geniş icraedici səlahiyyət var. Koalisiyası parlamentdə çoxluğa malikdir. Amma böyük şəhərlərdəki itki həm simvolik, həm də praktik zərbə oldu. Ölkə əhalisinin dörddə biri İstanbul və Ankarada yaşayır, ölkə ÜDM-nin 40 faizi bu şəhərlərin payına düşür. Müxalifətdən bələdiyyə sədri seçilənlər təkcə AKP-nin on ildən çoxdur əlində saxladığı şəbəkələri dağıdacaqlarını deyil, həm də bir-birinin ardınca korrupsiya qalmaqallarını üzə çıxaracaqlarını deyirlər. ‘Bunun Erdogan-ı zəiflətdiyi ortadadır, çünki və pul və gəlir maşınlarını rəqiblər ələ keçirir’, – akademik, köşə yazarı Soli Ozel deyir”, – məqalədə vurğulanır.

Seçkinin nəticələri həm də Erdogan-ı rahatsız bir duruma salır, bir tərəfində çoxları müxalifət alyansının tərəfində olan kürd seçicilər, digər tərəfində özünün millətçi müttəfiqləri dayanır. Qadağan olunmuş silahlı PKK ilə sülh danışıqlarını yenidən başlatmağa istənilən cəhd AKP-nin parlamentdəki çoxluğuna təsirini göstərə bilər. “Millətçilər istədikləri vaxt parlamenti buraxa və erkən seçki keçirməyə məcbur edə bilərlər. Bu, kürd açılımını daha da çətinləşdirir”, – Bilgi Universitetinin akademiki Emre Erdogan söyləyir.

Ekrem Imamoglu
Ekrem Imamoglu

Məqalədə Türkiyədə seçki sonrası durum sarıdan narahatlığın da qaldığı vurğulanır. Seçki kampaniyası zamanı Erdogan müxalifəti terrorçulardan göstəriş almaqda suçlayıb, HDP siyasətçilərinə Türkiyədə yer olmadığını deyib. Prezidentə yaxın qəzetlər Yildirim-ı seçki səhəri İstanbulda qalib elan etdi, bir gün sonra müxalifəti saxtakarlıqda ittiham etdi. Biri müxalifəti dövlət çevrilişində suçlamaqdan da çəkinmədi. AKP-nin bəzi tərəfdarları nəticələri qəbul etsə də, bəziləri nəticələri nəyin bahasına olursa-olsun dəyişməyə hazır görünür.

“Erdogan hələ qərar verməmiş kimi görünür. O onsuz da ölkəni parçalayıb. Ölkənin yaralarını sağaldacaq şəxs də o deyil – təki işləri daha da korlamasın”, – “The Economist” yazır.

Kreml rusiyalıların ayaqqabı məsələsinə şübhə edir

Yeni sorğu rusiyalıların yeni ayaqqabı almaqda çətinlik çəkdiyini göstərib. BBC Kremlin mətbuat katibinin bu sorğuya şübhəylə yanaşdığını yazır.

Rusiyalı nənə
Rusiyalı nənə

Rosstat bildirib ki, sorğuya qatılan ailələrin üçdə biri ildə adambaşına iki cüt ayaqqabı ala bilmədiyini deyib. Sorğu rusiyalı ailələrin 80 faizinin çətinliklə dolandığını da ortaya qoyub.

Prezident Vladimir Putinin sözçüsü Dmitry Peskov isə dərindən ah çəkərək deyib ki, Kreml bu məlumatı anlamağa “çalışır”.

“Niyə ayaqqabı? Niyə üçdə biri? Bu rəqəmlər haradan götürülüb?” – deyən Peskov Rosstat-dan izah ala bilsəydi, “məmnun” olacağını da dilə gətirib.

Rosstat hər iki ildən bəri “yaşayış standartının monitorinqi”ni aparır. Son rəqəmlər isə 2018-ci ilin sentyabrında aparılmış sorğuya əsaslanır. Sorğu Rusiya Federasiyasında 60 min ev üzrə keçirilib.

Məscid qurbanlarının anım mərasimi
Məscid qurbanlarının anım mərasimi

Sosial media rəhbərləri həbs oluna bilər

Dünən – aprelin 4-də Avstraliyada qəbul olunmuş qanunlar sosial media rəhbərlərinin həbsinə imkan yaradır. Səbəb onların zorakı ekstremist kontenti dərhal silə bilməməsidir. “Frans Pres” agentliyi bu qanunları Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidlərdə 50 nəfərin öldürülməsindən sonra “dünyada ilk” belə qanun olduğunu yazır.

Deputatların yekdilliklə səs verdiyi qanunlara görə Facebook və YouTube kimi şirkətlərin rəhbərləri “nifrət aşılayan material”ı dərhal silməməyə görə məsuliyyət daşıyır.

Şirkətlər milyardlarla dollar, yaxud illik dövriyyənin 10 faizi qədər cərimə ödəyə bilərlər.

Texnologiya şirkətləri, siyasətşünaslar, hüquqşünaslar bu sənədi topa tutublar.

Mayda keçiriləcək seçkidə çətin yarışma ərəfəsində olan Baş nazir Scott Morrison deyib ki, “böyük sosial media şirkətləri öz texnologiya məhsullarının qatil terrorçular tərəfindən istismar olunmmasını təmin etmək üçün məsuliyyət daşıyırlar”.

“Heç kəs vebsaytında nifrət aşılayan kontent görmək istəmir, komanda üzvləri bunu mümkün qədər tez silməyə çalışırlar”, – Google, Facebook, Twitter, Amazon və digər şirkətləri təmsil edən Digital Industry Group-un direktoru Sunita Bose bildirib.

“Ancaq internetə hər saniyə kontent yükləndiyi bir məqamda bu, çox mürəkkəb bir problemdir, düzgün həlldən ötrü texnologiya sənayesi, hüquq ekspertləri, media və vətəndaş cəmiyyəti ilə müzakirə aparılmalıdır”, – o vurğulayıb.

XS
SM
MD
LG