Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:23

Erdoğanın partiyası Ankara və İstanbulda seçki nəticələrini tanımaq istəmir


CHP tərəfdarları qələbəni qeyd edirlər
CHP tərəfdarları qələbəni qeyd edirlər

Prezident Recep Tayyip Erdoğanın hakim Ədalət və İnkişaf Partiyası (AKP) Ankara və İstanbulun bütün dairələri üzrə seçki nəticələrinə rəsmi etiraz təqdim edib.

Rəsmilər bildirirlər ki, hər iki şəhərdə müxalifətin üstünlüyü cüzi olub və seçki pozuntularına yol verilib.

Türkiyənin bələdiyyə seçkilərində müxalifət paytaxt Ankara və kommersiya qovşağı olan İstanbulda qələbə qazandığını elan edib.

Reuters xəbər verir ki, İstanbulda keçirilən seçkilərdə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Ekrem İmamoğlu və onun AKP-dən olan rəqibi, keçmiş baş nazir Binali Yıldırım aprelin 1-də İmamoğlunun 25 min səs irəlidə olduğunu təsdiqləmişdilər. İstanbulun təxmini əhalisi 15 milyon nəfərdir.

AKP hələ seçkidən əvvəl bildirmişdi ki, qanun pozuntuları olan dairələrdə nəticələrə etiraz bildirəcək. Onlar deyirlər ki, Ankara və İstanbul seçkisinin nəticələrinə məhz bu pozuntuların təsiri olub.

Aprelin 2-də AKP-nin İstanbul komitəsinin başçısı Bayram Şenocak deyib ki, rəsmi etirazlar artıq təqdim olunub və pozuntulara yol vermiş seçki rəsmiləri barədə ölçü götürüləcək.

Daha sonra AKP-dən bildirilib səslərin təftişi nəticəsində İmamoğlu və Yıldırım arasında səs fərqi 20 min 509-a enib.

Lakin CHP-nin İstanbul rəhbəri Canan Kaftancıoğlu bildirib ki, onun partiyası da 22 rayon üzrə etirazlarını təqdim edib və daha 4 min 960 səs əldə etməyə ümidlidir.

Kaftancıoğlu daha sonra deyib ki, “onlar xalqın iradəsini oğurlamaq fikrinə düşüblər”.

CHP namizədi İmamoğlu aprelin 2-də deyib ki, AKP-nin onu təbrik etməkdən boyun qaçırması təəssüf doğurur.

İmamoğlu aprelin 2-də Türkiyə Respublikasının banisi Mustafa Kemal Atatürkün Ankaradakı mavzoleyini ziyarət edib və ora əklil qoyub.

Bundan sonra o, Ankara seçkilərində qalib olduğunu bəyan etmiş partiyadaşı Mansur Yavaşla görüşüb.

Partiya qərargahında çıxış edən İmamoğlu seçki nəticələrini “Türkiyə üçün yeni başlanğıc” adlandırıb.

AKP-nin apellyasiyaları onsuz da zəif olan milli valyuta - lirə üzərinə təzyiqləri artırıb. Aprelin 2-də lirə dollara nisbətdə daha 2 faiz ucuzlaşıb.

XS
SM
MD
LG