Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:29

Ahmadinejad məhkəmə sisteminin rəhbərinə 48 saat vaxt verib


Mahmoud Ahmadinejad
Mahmoud Ahmadinejad

İranın keçmiş prezidenti Mahmoud Ahmadinejad İslam Respublikasının məhkəmə sisteminin rəhbəri, ayətulla Sadeq Amoli Larijani-yə 48 saat vaxt verib, ondan haqqında irəli sürdüyü ittihamları sübut etməsini tələb edir.

«Dolate Bahar» portalında yayımlanan videomüraciətdə Ahmadinejad 48 saat içində iddiaları sübut etməsə, Larijani barəsində sənədlər paylaşacağını bildirir.

Qiyamçı və yolunu azmış

Ahmadinejad videoçıxışında «Təəssüflə bildirirəm ki, İslam Respublikası Konstitusiyası və qanunlarına hər kəsdən çox hörmət etməli olan məhkəmə sisteminin rəhbəri Konstitusiyanın 36 və 37-ci bəndlərini dəfələrlə pozub. Konstitusiyanın 36-cı bəndi hüquqi prosedur haqqındadır, 37-ci bəndi isə «Əgər bir şəxsin təqsiri məhkəmə tərəfindən təsdiqlənməyibsə, təqsirli göstərilə bilməz» - yazır.

***Buna da bax-İran akademikin 'etiraf'ını yayıb

Amoli Larijani-nin keçən həftə universitet tələbələri ilə görüşdə səsləndirdiyi ifadələrə cavab verən sabiq prezident «Məhkəmə sisteminin rəhbəri məni və həmkarlarımı bir çox şeydə ittiham edir. O, bizi «qiyamçı» və «yolunu azmış» kimi təsvir edib», – deyə vurğulayıb.

İranda mühafizəkarların leksikonunda «qiyamçı» ifadəsi 2009-ci ildə keçirilən mübahisəli prezident seçkilərindən sonra uzun müddət davam edən qanlı üsyanı qızışdıranlara şamil edilir. «Yolunu azmış» ifadəsi isə Ahmadinejad-ı, onun müttəfiqləri və tərəfdaşlarını təsvir etmək üçün istifadə edilir.

İslam Respublikası məhkəmə orqanlarına yaxınlığı ilə bilinən «Mizan» saytı «Dekabrın 13-də ayətulla Amoli Larijani universitet tələbələri ilə görüşdə Mahmoud Ahmadinejad və müttəfiqlərini iqtidarı zəiflətməkdə günahlandırıb» deyə yazır.

***Buna da bax-ABŞ-ın BMT səfiri İrana qarşı 'təkzibedilməz sübutlar'ın olduğunu deyir

Mənimsəmə ittihamı

Məhkəmə orqanları tərəfindən şiddətli hücumlara məruz qalan Ahmadinejad İranın neft pullarını mənimsəməkdə ittiham edilən və 4 ildir həbsdə olan Babak Zanjani-ni nəzərdə tutaraq, «Əgər hökumət və ya başqaları məni bu işə bağlılıqda suçlayırsa, bunu sənədlərlə sübut etməsini istəyirəm» söyləyib.

Larijani-yə 48 saat vaxt verən Ahmadinejad əks halda, məhkəmə sistemi rəhbərinin son səkkiz illik fəaliyyətinə dair bəzi tapıntılarını yayımlayacağını deyir.

Bundan əlavə, sabiq prezident İslam Respublikasının məhkəmə orqanlarına qarşı insanların haqqını qorumaqdan ötrü əlindən gələni edəcəyini bildirib.

«Hər zamankından daha çox məhkəmələrin zülmünə qarşı çıxmaq lazımdır. Əgər məhkəmələrdə islahatlar olsa, İrandan ötrü hər şey daha yaxşı olacaq», – deyən Ahmadinejad «Bu insanlar (məhkəmə orqanları nəzərdə tutulur) getməlidir və ən qısa zamanda gedəcəklər» – deyə vurğulayır.

Bu günə qədər ədalət sisteminin haqsızlıqlarına qarşı səssiz qalmaqda günahlandırılan Ahmadinejad bu iddialara cavab olaraq, «Biz məhkəmələrin ədalətsiz davranışlarından xəbərsiz idik. Ancaq sonradan bu barədə bir çox faktlar öyrəndik» deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG